28 Fevral 2024 18:02
728
GÜNDƏM

ABŞ-ın  fevralın 26-da Azərbaycana, 27-də Ermənistana verdiyi başsağlığı - Müqayisə 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib ki, ABŞ və Fransa yenə səhv etdi: "30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı".


Maraqlıdır ki, adıgedən dövlətlərin dəstəyi sayəsində işğalçı və terrorizmi özünə dövlət xətti götürən Ermənistan bu günə qədər cəzasız qalıb. Hazırda qonşusunun torpaqlarında gözü olan və bunu gizlətməyən Ermənistana yenə də hər 3 ölkənin maddi və mənəvi dəstəyi davam edir.
Kiçik bir müqayisəni diqqətinizə çatdırırıq. Deməli, 1988-ci ilin 27 fevralında ermənilər DTK ilə birlik olub törətdikləri Sumqayıt hadisələrini hər il olduğu kimi bu ildə Ermənistanda anım mərasimi keçirildi. Ermənilərin uydurduqları "qırğına" ABŞ səfirliyindən gələn "başsağlığına" diqqət edək: ABŞ -ın Ermənistandakı səfirliyi mesaj yayıb ki, 1988-ci ildə Sumqayıtda həlak olanlar üçün erməni xalqı ilə birlikdə yas tutur:“Bu gün biz erməni xalqı ilə birlikdə 1988-ci ildə Sumqayıtda həlak olanların hamısına yas tutur və həlak olanların ailələrinə, bütün yaralananlara və köçkünlərə dəstəyimizi bildiririk. Belə faciələrin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olması üçün çalışmaqda davam edəcəyik” .
Bundan bir əvvəl isə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına verdiyi başsağlığına diqqət edək:“Bu gün Azərbaycan xalqının kədərini paylaşaraq 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-nin adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək borcumuzdur”.
Düzdür, səfir Mark Libbi Ermənistandakı ABŞ səfiri kimi, Azərbaycan xalqı ilə bərabər "yas tutmasa da", "dəstəyini bildirməsə də" amma bütün dünya mediasının gözü qarşısında baş verən o dəhşətli soyqırıma daha kəskin bir münasibət bildirəcəyini gözləyirsinizsə, özünüzü aldadırsınız.


ABŞ-ın Ermənistanı əziz tutduğuna aid isə 1-cə məqamı xatırladaq: 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907 düzəliş qəbul edildi.
907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır. Məsələn, ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Sənəd “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”dən imtinanı, başqa sözlə, Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.


Qanun Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmaq istəməməyi nəzərdə tutur ki, bu da ölkəyə qarşı dostcasına olmayan addımdır. Daha dəqiq, Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib.

 Əntiqə Rəşid