ABŞ, Fransa senatorlarının etirazı, III Carlzın imtinası: Ermənilərin "COP-29" arzusu reallaşa bilər?
Böyük Britaniya kralı III Çarlz noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək COP-29 iqlim sammitində iştirakdan imtinası erməniləri həm sevindirib , həm də aktivləşdirib.
Adalet.az xəbər verir ki, hazırda ermənilər ölkədəki səfirliklərin qarşısında etiraz aksiyası keçirir. Bununla bağlı erməni mediası xəbərlər dərc edib. Xəbərdə deyilir: "Hazırda Ermənistanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri yaxınlığında Bakıda saxlanılan erməni məhbusların azad edilməsi tələbi ilə aksiyalar keçirilir.
Çoxsaylı vətəndaşlar arasında Ermənistanın istefada olan hüquq müdafiəçiləri Yuri Ayrapetyan, Ruben Melikyan, Artak Beqlaryan, habelə Ermənistanın istefada olan hüquq müdafiəçiləri Arman Tatoyan və Larisa Alaverdyan təşəbbüsə qoşulublar. Rusiya səfirliyinin heç bir nümayəndəsi Azərbaycana bununla bağlı müraciət etməyib. Fransanın Ermənistandakı səfirliyinə, Xarici İşlər Nazirliyinə , BMT-nin ofisinə analoji məktub çatdırılıb. Növbəti addım Ermənistandakı digər səfirliklər olacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək COP-29 iqlim sammitini qarşı qərəzli addımı ilk olaraq ABŞ-ın 60 konqesmenindən gəlib. Onlar ABŞ Dövlət katibi Entoni Blinkenə müraciət edərək tədbirin baykot edilməsini istəmişdilər. Bu prosesi Fransa yekdilliklə dəstəkləyib. Böyük Britaniya kralı III Çarlzın tədbirdən imtina etməsi əslində baykotun reallaşağı ehtimalını artırır.
Əntiqə Rəşid
Digər Xəbərlər
02 Oktyabr 2026 23:03
"Gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır” - VİDEO
02 Oktyabr 2026 22:17
“Son gülləyə qədər pulla almışıq, 1 manat güzəşt etməyiblər” - VİDEO
02 Oktyabr 2026 18:53
"Nə almışıqsa, pulla almışıq" - İlham Əliyev
02 Oktyabr 2026 18:32
"Azərbaycan iki supergüclə strateji tərəfdaşdır" - Prezident
02 Oktyabr 2026 18:11
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı
02 Oktyabr 2026 17:58
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
02 Oktyabr 2026 17:20
MN-in Baş direktoru “ADEX 2026” sərgisində görüşlər keçirib
02 Oktyabr 2026 17:01


Bakı -°C


