adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Yanvar 2021 20:00
18726
DÜNYA

ABŞ Dəmir Qübbə sistemini bu ölkələrdə quraşdıracaq

ABŞ İsraildən aldığı Dəmir Qübbə hava hücumundan müdafiə sistemlərini Fars körfəzinə yerləşdirəcək.

Adalet.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Sistemlərin son vaxtlar İsraillə münasibətləri normallaşdıran Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə yerləşdiriləcəyi bildirilib.

Qeyd edək ki, yanvarın əvvəlində İsrail Dəmir Qübbə hava hücumundan müdafiə sistemlərinin ABŞ ordusuna tədarükünü başa çatdırmışdı.