adalet.az header logo
  • Bakı -°C
19 Fevral 2026 15:26
117
DÜNYA
A- A+

ABŞ B-2-ləri döyüş vəziyyətinə gətirdi

2025-ci ildə İranın nüvə obeyktlərinə zərbələrdə istifadə edilən ABŞ Hərbi Hava Qüvvələrinin B-2 “Spirit” strateji bombardmançı təyyarələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Adalet.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, uzunmüddətli hava kampaniyası aparmaq üçün lazım olan onlarla yanacaqdoldurma təyyarəsi də irəli mövqelərdə yerləşdirilib.

Nəşrin məlumatına görə, Karib dənizindən İrana doğru hərəkət edən ikinci ABŞ aviadaşıyıcısı bu həftənin sonu - gələn həftənin əvvəlində Aralıq dənizinə çata bilər.

Təl-Əviv və İsrailin digər şəhərlərini İranın potensial cavab zərbələrindən qorumaq üçün “Gerald R. Ford” təyyarədaşıyan gəmisinin İsrail sahilləri yaxınlığında yerləşdirilməsi gözlənilir./Teleqraf