adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Avqust 2018 10:11
13629
ELM VƏ TƏHSİL

Abituriyentlərə XƏBƏRDARLIQ: Kolleclərə ixtisas seçimi bu gün başa çatır

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Məkəzindən Adalet.az-a verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə)ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayanabituriyentlər buraxılırlar.

6 avqust saat 10:00-a olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

Azərbaycan bölməsi -11444; rus bölməsi -227; cəmi -11671

Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.