adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 May 2017 15:49
28021
ƏDƏBİYYAT

Abbas Abdullanın qoşa yeddisi

Adalet.az yazıçı Nəriman Əbdülrəhmanlının "Abbas Abdullanın qoşa yeddisi" yazısını təqdim edir.


Eləadamlar var, hər il yaşının üstünə yaş gəldiyini bilsəm də, mənim üçün daim eyniyaşda olurlar…

Görkəmlişairimiz Abbas Abdullanı 50-dən sonra "qocalda” bilmirəm, elə rastlaşanda da əlliyaşlarından beynimə həkk olunmuş obrazı gözlərimin önündən çəkilmir…

Ovaxtdan az qala 30 il ötüb, aradan çox sular axıb, amma o duyğu məni tərk eləmirki, eləmir…

Bugün heç ağsaqqal Abbas Abdullanın qoşa 7-si də o ilkin duyğunu yuyub-aparmaqqüdrətində deyil…

***

Şair Allahverdi Təhləlinin"Abdullanın oğluna bir neçə sual” adlı çox sevdiyim bir şeiri var:

…Eh, ağır taxtalı, lopabığ kişi,
Nə dedik dünyaya gəlişimizlə?
Deyə bilərsənmi, nə deyəcəyik
Dünyaya - dünyadan gedişimizlə?

Abbas Abdullasabir şeirlərinin birində dünyaya gəlişini, kökünü-soyunu belə belə anladır:

Borçalıda

Bolnis-Kəpənəkçi kəndindən

AbdullaAğanınoğluyam

Anam: Salatınxanım Daşdəmir qızı

Dünyaya gəlməyim

1940-ın mayısı

Gəlişimdən bir ay sonra qeyb etdim atamı…

Bundansonra mən – Kəpənəkçiyə "bir köynək yaxın” olan mahalda doğulmuş, SÖZlə yenicəünsiyyətə girmiş, Abbas Abdullanın şeirlərini qəzet-jurnaldan oxumuş adam onun sətirlərarasından görünən obrazına nə qədər oxşadığını sezib heyrətimdən çaşmışdım.Onda ilk kitabı "Ata yurdu”ndan düz on il sonra "Ağlı-qaralı dünya” adlı poetiktoplusu yenicə çapdan çxmış, ədəbi mühitin mövzularından birinə çevrilmişdi. Ondabildim ki, Abbas Abdulla BDU-nun filologiya fakültəsini bitirib, bir müddət müəllimişləyib, sonra aspiranturada oxuyub, Kiyevdə, Ukrayna EA T.Şevçenko adına Ədəbiyyatİnstitutunda təcrübə keçib, Ukrayna dilindən tərcümələr eləyir, üstəlik, Azərbaycan-Ukraynaədəbi əlaqələri mövzusunda elmi iş yazır, bununla yanaşı, cilingərlikdən"Ulduz” jurnalının şöbə müdirliyinəcən, "Ədəbiyyatvə incəsənət” qəzetində müxbirlikdən baş redaktor müavini məqamınacan yolkeçib.

Birqədər sonra Abbas Abdullanın "Üzü dan yerinə” və "Sonsuzluğa gedən karvan”adlandırdığı kitabları da işıq üzü gördü, o kitablardakı şeirləri və poemaları asanlıqlayaddaşlara yazıldı:

Nə vaxtsa ürəyim yadımdan çıxıb,

Hardasa, kiminsə yanında qalıb.

Evə qayıtmışam, gülüm, ürəksiz,

Üzümə baxmısan səssiz-səmirsiz,

Buludtək boşalıb-dolub gözlərin,

Titrək dodağına donub sözlərin:

"Beləmi əzizlər sevən-sevəni?”

Bağışla məni.

Oillərdə Abbas Abdulla Moskvada, gənc şairlərin Ümumittifaq poeziyafestivalında, müttəfiq respublikalarda keçirilən poeziya bayramlarında,Ukraynada düzənlənən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirakedirdi, xidmətlərinə görə respublikanın"Əməkdar mədəniyyət içisi” fəxri adına layiq görülmüşdü, artıq "Ulduzjurnalının baş redaktoru idi, sanballı ədəbi nümunələrlə yanaşı, millikimliyimizə dair yazıların çapına xüsusi diqqət verirdi…

***

80-ciillərin axırlarında Azərbaycana qarşı irəli sürülən əsassız ərazi iddiaları,bunu fonunda da əsiri olduğumuz sistemin çökməyə başlaması təkcə cəmiyyətdəyox, insanların həyatında da köklü dəyişikliklərə səbəb oldu…

Təbiiki, başdan-binadan milliyyətçi olan Abbas Abdulla da bu dəyişiklikdən öz nəsibinialdı: o, 20 Yanvar qətliamına etirazını Kommunist Partiyası sıralarındançıxmaqla bildirdi, milli hərəkata qoşuldu, üstəlik, ata yurdunda – Borçalıda başverən çalxantılara biganə qalmadı, Dilarə Əliyeva, Şamil Qurbanov, EyvazBorçalı, Aydın Məmmədov, İsa İsmayılzadə, Zəlimxan Yaqub kimi ziyalılarla birgəxalqın yanında oldu.

SonraAbbas Abdullaın qismətinə müstəqillik dövrümüzün ilk diplomatlarından biriolmaq düşdü. Hərdən deyirdi ki, görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminliyləqohumluğumuz (Yusif Vəzirin həyat yoldaşı Bilqeyis xanım Acalovlardan idi) taleoxşarlığımız var, o, Azərbaycan Demokratik Respublikasının Ukraynadakı ilk səfiriolub, mən də orada ədəbiyyat səfiri kimi tanınmışam, sonra Çəmənzəminli səfirkimi İstanbula göndərilib, mənnsə Azərbaycanı baş konsul kimi təmsil elədim.

UnudulmazTofiq Abdin Abbas Abdullanın diplomat və türkçü kimi fəaliyyətindən çoxdanışıb-yazıb. Onun İstanbuldan dönəndən sonra çap etdirdiyi "Erməni məsələsi vəya oğru elə bağırır, doğrunun bağrı yarılır” və "Ümin ağa Borçalı” adlı kitablarıda elə milii davasının nəticəsiydi…

Amma mənə elə gəlir,Abbas Abdulla İstanbulda yaşadığı illərdə dogma yurdunun – Borçalınınintizarını çəkir, tez-tez zümzümə eləyirdi:

Yenә bu ilgedәmmәdim,
Özüm dağlara-dağlara.
Görәn gedib çatacaqmı,
Sözüm dağlara-dağlara…

Yada iş-güc əlindən macal tapıb qələmə ala bilmədiyi əsərlərinin xiffətini çəkirdivə bunu özünə dərd eləyirdi:

Xoş gəldin, dərdim mənim,

Nə vaxt getmişdin

Heç bilməmişdim.

Hara getmişdin, ürəyimdən isti yuva

Məndənsadiq dostmu aradın?

Altı ay ötdü

Müəmmalı garanlıq görüşümüzdən

Hələ ki, ölməmişəm, sağam

Amma minalanmış torpağam, babam,

Toxunan olsa partlayacağam...

Sonralar Azərbaycan Yazıçılar Birliyindəçalışan, 70 illik yubileyi ərəfəsində oxuculara görüşə "Seçilmiş əsərləri”lə gələn, Bayburt şəhərində Dədə Qorqudkonfranslarında, Elazığda ənənəviXəzər şeir axşamlarında ədəbiyyatımızı təmsil eləyən Abbas Abdulla daim ədəbimühitin içində oldu...

***

AbbasAbdullanın Azərbaycan-Ukrayna ədəbi əlaqələri sahəsində göstərdiyi xidmətdanılmazdı…

Oxucularınbütöv bir nəsli Ukrayna ədəbiyyatının klassikləri Taras Şevçenko, LesyaUkrainka, Mikita Şapoval və İvan Kotlyarevskinin, eləcə də sovet dövrünün görkəmlişairləri Maksim Rılski, VyaçeslavLeqkobit və İvan Draçın yaradıcılığını onun ustalıqla elədiyi tərcümələr sayəsindətanıyıb. Abbas Abdullanın tərcüməsində Ukraynanın Kobzarı həddən artıq doğma gəlir:

Mən öləndə, mənibasdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında.
Elə bir yerdə ki, görünsün yalnız
O gözəl Ukrayna... Onun daşında,
Onun tarlasında, geniş çölündə,
Mən öləndən sonra, görüm nələr var!
Sevdiyim Dneprin şən sahilində
Nədən söhbət açır quduz dalğalar!

Üstəlik, Abbas Abdulla 1978-1979-cu illərdə Ukraynaşairlərinin şeirlərindən və poemalarından ibarət seçmələri toplu halında çapetdirib. Onun 1982-ci ildə çapdan çıxmış "Azərbaycan-Ukrayna ədəbi əlaqələri”monoqrafiyasını da nəzərə alsaq, görülmüş işin miqyasını aydın təsəvvür eləməkolar. Bu xidmətlərinə görə 1984-cü ildə Ukraynanın M.Rılski adına DövlətMükafatına layiq görülməsi heç də təsadüf deyil...

Şübhəsiz, bundan sonra da Ukrayna ədəbiyyatından tərcümələrlərastlaşacağıq, təəssüf ki, hələ o tərcümələrin böyük əksəriyyəti rus dilindənediləcək, Abbas Abdullanın adısa tərcümə sənəti tariximizdə mütləq öz layiqliyerini tutacaq...

***

Abbas Abdullanın "Öyün,vətənim!" adlı ilk şeiri düz 60 il əvvəl 1957-ci ildə Tiflisdə,"Şərqin şəfəqi" (Tiflis) qəzetində çap edilib.

Onda cəmi 17 yaşıvardı...

İndisə bu yaş göstəricisi qoşa yeddidən ibarətdi...

Bu illər ərzindəkitablarını və tərcümələrini çap etdirməklə, vəzifə və vətəndaşlıq borclarınıyerinə yetirə-yetirə ömrün və həyatın həqiqətinə varıb...

Elə ömür deyilən dəbudu...

NərimanƏBDÜLRƏHMANLI,

11may 2017