Aaparıcıdan apteklərə etiraz: "Bu özbaşınalıq nə zaman sonra sona çatacaq?"
"Dərmanların satışına kim nəzarət edir? Bu özbaşnalıq nə zaman sona çatacaq? Onsuz da həyatımız xəstəliklərlə, dərmanlarla zəhərlənib gedir".
Adalet.az xəbər verir ki, aparıcı Zamirə Dadaşova Bakıda dərmanların fərqli qiymətə satıldığından şikayətlənib. O, "Truksal" dərmanının bir yerdə 17.38 AZN, digər əczaxanada isə 37 AZN-ə satıldığını bildirib. O bildirir ki, sözügedən dərmanın paytaxtdakı aptek şəbəkələrində təklif olunan qiymətləri arasında 20 manat fərq var:
"Dərmanların satışına kim nəzarət edir? Bu özbaşnalıq nə zaman sona catacaq? Onsuz da həyatımız xəstəliklərlə, dərmanlarla zəhərlənib gedir. Hansı aptekə girirsən növbə, hansı klinikaya girirsən növbə. İnsafınız olsun. 17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir? Demək, kim nə istəyir edəcək bu ölkədə? Vicdanınız hanı? Adam var ac qalır, borc edib bu dərmanları alır ki, sizin kimi harınlamış, xəstə cəmiyyətdə yaşaya bilsin. Dəyərmi mənəviyyatı, xisləti, ruhu iltihablaşmış cəmiyyətdə yaşamağa? O 17 manatdan zatən qazanırsan. 20 manat da əlavə qazanmaq istəyi nədir axı. Qorxmursuz qanunlardan?".
O qeyd edib ki, qəbzlər Xəzər və Nərimanov rayonlarındakı apteklərə aiddir. Aparıcı Mərdəkan ətrafında dərmanın 20 manat baha olduğunu vurğulayıb.
Eminquey
Digər Xəbərlər
15 Dekabr 2025 10:18
Könül Vəlibəylinin qızı palataya köçürüldü
14 Dekabr 2025 12:30
Özəl klinikalar bağlanmalıdır?
13 Dekabr 2025 15:00
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
10 Dekabr 2025 14:20
“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”
09 Dekabr 2025 11:54
Onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər zərfinə daxil edilməsi üçün layihə hazırlanır
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14


Bakı -°C

