“Tramp Ukrayna müharibəsini mümkün qədər tez başa çatdırmaq istəyir”
“ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra tərəflər arasında ticarət sövdələşməsinə və Avropa ittifaqı ilə dərin siyasi böhrana gətirib çıxarır. Görünən odur ki, Vaşinqton və Moskva arasında aparılan danışıqlar çərçivəsində əldə oluna razılaşmalar Ukraynaya qarşı yeni təzyiq mexanizminə çevrilib. Tramp administrasiyasının irəli sürdüyü sülh planının Ukraynanın Rusiya qarşısında kapitulyasiyasıdır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Rusiya tərəfi uzun müddətdir ki, ABŞ ilə münasibətləri normallaşdırmağa və ikitərəfli razılaşmalar vasitəsilə Ukrayna məsələsində öz mövqelərini möhkəmləndirməyə çalışır:
“Moskvanın əsas məqsədlərindən biri Vaşinqtonla əldə ediləcək razılaşmalar əsasında Ukraynaya siyasi və hərbi təzyiqləri artırmaq, Kiyevi ərazi güzəştlərinə məcbur etməkdir. Digər tərəfdən, ABŞ daxilində yaxınlaşan aralıq seçkilər, İranla müharibənin yaratdığı problemlər və enerji daşıyıcılarının qiymətindəki artım Tramp administrasiyasını çətin vəziyyətə salır. Bu amillər Ağ Evin xarici siyasət prioritetlərinə də təsir göstərir. Tramp Ukrayna müharibəsini mümkün qədər tez başa çatdırmaq və bunu öz siyasi uğuru kimi təqdim etmək istəyir. Lakin bu məqsədə çatmaq üçün Moskva ilə əldə edilən razılaşmaların Ukraynanın milli maraqları hesabına həyata keçirilməsi ciddi risklər yaradır”.
O, bildirib ki, Enerji atəşkəsi məsələsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Trampın təşəbbüsləri Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələrini dayandırmağa yönəlirsə, lakin Rusiya Ukraynanın enerji obyektlərinə hücumlarını davam etdirirsə, belə bir razılaşma tərəflər arasında bərabər şərtlər yaratmır. Bu halda enerji atəşkəsi müharibənin dayandırılmasına xidmət etmək əvəzinə, Rusiyanın hərbi üstünlüyünü qorumasına şərait yaradır.Tramp adminstrasiyası hesab edir ki, enerji obyektlərinə qarşı hücumların dayandırılması Putini daha geniş atəşkəsə və sülh danışıqlarına sövq edə bilər. Lakin V.Putin ticarət sövdələşməsinə görə atəşkəsə və Ukrayna ilə bağlı güzəştə getməyəcək. Rusiyanın əsas strateji planı öz təsir dairəsini formalaşdırmaq və fövqəl dövlət olmaqdır. Amma, Moskvanın bu planı baş tutmayacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Oktyabr 2026 10:10
Zirvə toplantısı Azərbaycanın bölgədəki nüfuzunu bir daha təsdiq edir
15 Oktyabr 2026 10:00
“Meloninin bu cümləsi Tramp üçün, sanki ölüm hökmüdür”
15 Oktyabr 2026 09:48
“Hindistan bu dəhliz vasitəsilə Rusiya bazarına daha qısa məsafə...”
15 Oktyabr 2026 09:10
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü
15 Oktyabr 2026 09:09
Türkmənistan Prezidenti Azərbaycana gəldi
15 Oktyabr 2026 00:09
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
14 Oktyabr 2026 22:17
Prezident Emoməli Rəhmonla görüşdü
14 Oktyabr 2026 21:49


Bakı -°C

