“Bunun Azərbaycanda yaradılması təqdirəlayiqdir”
““Baku ID 2026" festivalının açılışı və bu çərçivədə Azərbaycan Bacarıqlar Akseleratoru Proqramına həsr olunan panel müzakirələr keçirilib. Tədbiri 4-cü Sənaye İnqilabının təşviqi kimi də xarakterizə etmək olar.Dördüncü Sənaye İnqilabı XXI əsrin əvvəllərindən başlayaraq rəqəmsal texnologiyaların nailiyyətlərinə əsaslanaraq ortaya çıxıb”.
Adalet.az xəbər verir ki, bunu sabiq millət vəkili Etibar Əliyev deyib.
O, bildirib ki, Dünya İqtisadi Forumu və onun Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlıq, dünyada az sayda olan Dördüncü Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda yaradılması təqdirəlayiqdir:
“Düşünürdük ki, mərkəzin fəaliyyətə başlaması mütərəqqi texnologiyaların sürətli tətbiqinə, vətəndaşlara və ictimai marağa xidmət göstərməsinin təmin edilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına töhfələr verəcək.4-cü Sənaye İnqilabı Yeni media üçün də geniş imkanlar yaradıb. 2023-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Mədəniyyətimizin paytaxtı Şuşa şəhərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda möhtəşəm Şuşa Qlobal Media Forumu keçirildi. Yeni Medianın konturları cızıldı. Həqiqətən də 4-cü Sənaye İnqilab dünyanı dəyişir. Süni intellekt, Blokçeyn, Nano və biotexnologiyalar cəmiyyəti transformasiya edir. Dünya İqdisadi Forumunun yaradıcısı və sədri Klaus Şvab yazır: “Bizim indiki fəaliyyətimiz hadisələrin zəncirinə birmənalı olaraq təsir göstərir. Bizi əhatə edən texnologiyalar bizim qərarlarımızdan asılı olaraq dəyişir və sonra bizim özümüz dəyişirik. Bizim hamımız yaşamaq istədiyimiz xoşbəxt gələcəyin formalaşmasında iştirak etməliyik.”İqtisadiyyat nazirliyinin nəzdinə fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yaradılmasından 5 il ötüb. Mərkəz bu çoxşaxəli paradiqmanın cəmiyyətdə anlaşılması üçün fəaliyyətini intensivləşdirməlidir”.
E.Əliyevin sözlərinə görə, təəsüflər olsun ki, Yeni medianın bu işə dəstəyi qənaətbəxş deyil:
“Məlumata görə Bakı Dövlət Universiteti, Azərbaycan Texnki Universiiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti "Sabah Citi" MMC-dən ofis sahələri icarəyə götürüb. Tələbələrə 4-cü Sənaye İnqilabının Texnologiyalarını tədris edən müəllimlər hazırlanıbmı? 4-cü Sənaye İnqilabının Mərkəzi bu istiqamdə hansı işləri görüb. Dərsliklər yazılıbmı? Elmi-populyar dərgilər varmı? Bizim 4- cü Sənaye İnqilabında yerimiz haradadır?4-cü Sənaye İnqilabının texnologiyaları sadə deyil, çox mürəkkəbdir:Yeni hesablama texnologiyaları, Blokçeyn, Əşyaların interneti, Süni intellekt və robotlar, Qabaqlayıcı materiallar, Additiv istehsal və çöxölçülü çap, Biotexnologiyalar, Neyrotexnologiyalar, Virtual və tamamlayıcı reallıq, Enerjinin alınması, saxlanması və ötürülməsi, Geomühəndislik, Kosmik texnologiyalar.."4-cü Sənaye İnqilabının fəlsəfəsi" istiqamətinin tədrisi isə bu vacib paradiqmanın dərk olunması üçün yeni üfüqlər aça bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Sentyabr 2026 16:56
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
18 Sentyabr 2026 16:31
AZAL Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
18 Sentyabr 2026 15:53
Aqil ABBAS: BİZİM ZİYARƏTÇİLƏRİ DƏDƏVƏNGƏ NİYƏ BURAXMIRLAR?
18 Sentyabr 2026 15:42
FHN təlim keçirdi
18 Sentyabr 2026 15:15
"Taksi 20-30 manat olub, metro bağlı, insanlar uçaraq getsin?"
18 Sentyabr 2026 15:13
Ermənistan hakimiyyəti və revanşist ritorika
18 Sentyabr 2026 13:21
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
18 Sentyabr 2026 12:57


Bakı -°C

