88 dəqiqəlik transfer
Azərbaycan millisinin "Trabzonspor"a lazım olmayan futbolçusuRamil Şeydayevin Superliqa təmsilçisindəki karyerası 88 dəqiqədən ibarət olub.
Adalet.az apasport.az-a istinadən xəbər verir ki, yayda bu kluba keçən milliləşən rusiyalı transferi müddətində 6 ayda 3 matçda iştirak edib.
Türkiyə çempionatının yalnız 1 matçında xidmətinə ehtiyac duyulan hücumçu "Kayserispor"la səfər matçında (1:0) 11 dəqiqə meydanda olub. Ramil bu qısa müddətdə sarı vərəqə ilə də cəzalanıb.
Ölkə kubokunun 2 görüşündə üst-üstə 77 dəqiqə lazım olan Şeydayev "Serhat Ardahan"a (6:0) qarşı 32, "Çorum Bələdiyyəspor"a (2:1) qarşı 45 dəqiqə forma geyinib. Sonuncularla duel onun start heyətində yeganə matçı olub.
Qeyd edək ki, "Trabzonspor" Ramili icarəyə göndərməyə qərar verib. Onun ən real müştərisi isə "Samsunspor"du.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00