8 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, fevralın 14-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 8 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1,1 kiloqramdan artıq heroin, 6,7 kiloqramdan çox marixuana, həmçinin 150 ədəd çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.
Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48