adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2019 12:05
18825
MƏMLƏKƏT

8 aylıq uşaq küçəyə atıldı - Nazirlikdən AÇIQLAMA

Noyabrın 28-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına polis əməkdaşları küçəyə atılmış 8 aylıq qız uşağı gətiriblər.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib və qidalandırılıb:

"Hazırda həkimlər uşağın vəziyyətini yaxşı kimi qiymətləndirirlər.

Faktla əlqədar müvafiq qurumlara məlumat verilib".