71 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 10 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 71 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 10,7 kiloqramdan çox heroin, 14,6 kiloqrama yaxın həşiş, 45,6 kiloqram marixuana və 60 qram tiryək götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Digər Xəbərlər
29 Aprel 2024 16:58
Polis narkotiklə bağlı əməliyyat keçirdi, narkotacirlərin səs yazıları açıqlandı - VİDEO
29 Aprel 2024 11:44Oğurladıqları kartla alış-veriş etdilər
29 Aprel 2024 11:17Bakıda xadimə mənzildən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb
29 Aprel 2024 10:46Bakıda evdən meyit tapılıb
29 Aprel 2024 10:06