70-ci "Qızıl qlobus" mükafatı təqdim olundu
APA-nın məlumatına görə, 1979-cu ildə Tehranda baş verən hadisələrdənbəhs edən "Arqo əməliyyatı" filmi ən yaxşı dramatik filmnominasiyasında qalib elan edilib. Filmi çəkən Ben Afflek ən yaxşı rejissornominasiyasında "Qızıl qlobus"a layiq görülüb.
Ən yaxşı xarici film nominasiyasında isə avstriyalı rejissor Mixael Xaneketərəfindən çəkilən "Məhəbbət" filmi mükafat sahibi olub. Dramatikfilmdə ən yaxşı aktyor Daniel Dey-Lyuis ("Linkoln" kinosu), ən yaxşıqadın aktrisası Cessika Çesteyn ("Nömrə bir nişan" kinosu), ən yaxşıikinci plan aktyoru isə Kristof Valts olub ("Azad edilmiş Canqo").
"Ən yaxşı komediya ya müzikl" nominasiyasında Tom Xuperin"Rədd olunmuşlar" müzikli "Qızıl qlobus"a yiyələnib. Bufilm həmçinin "Komediya və müzikldə ən yaxşı aktyor" (Xyu Cekmen) və"Ən yaxşı ikinci plan aktrisası" adını (Enn Xetuey) qazanıb."Komediya və müzikldə ən yaxşı aktrisa" nominasiyasında isə CenniferLourens ("Mənim istədiyim oğlan psixdir" kinosunda) seçilə bilib.
"Ən yaxşı musiqi" nominasiyasında "Pinin həyatı"filmi üçün musiqi yazan Maykl Denna, "Ən yaxşı mahnı" nominasiyasındaAdele tərəfindən ifa olunan "Skyfall" mahnısı fərqlənib.
"Ən yaxşı animasiya filmi" nominasiyasında "Ürəkdən cəsurolan", "Ən yaxşı ssenariyə" görə Kventin Tarantino qalib olub("Azad edilmiş Canqo"). "Ən yaxşı komediya və ya musiqiliserial" nominasiyasında "Qızlar" serialı udub. Bu serialdaçəkilən Lena Danem ən yaxşı aktrisa nominasiyasında "Qızıl Qlobus"asahib çıxıb.
"Özününkülər arasında özgə" serialı "Ən yaxşı dramatikserial", dramatik seriallarda çəkilən Kler Deyns ən yaxşı aktrisa, DamianLyuis ən yaxşı aktyor nominasiyasında həmkarlarından seçilib. "Ən yaxşıtelefilm, yaxud mini-serial" nominasiyasında "Oyun dəyişilib"telefilmi qalib olub. Bu tipli kinolarda çəkilən Kevin Kostner ən yaxşı aktyor,Culiana Mur isə ən yaxşı aktrisa nominasiyasında mükafata layiq bilinib. Ənyaxşı ikinci plan aktrisa Meqqi Smit olub ("Daunton abbatlığı").Aktrisa Codi Foster fəxri "Qızıl qlobus"a sahib çıxıb.
"Beverli Hilton" otelində keçirilən mərasimdə aparıcılar TinaFey və Emi Poler olub. Mərasimdə həmçinin Arnold Şvartsneqer, SilvestrStallone, Saşa Baron Koen, Bill Klinton, kiçik Robert Dauni, Culiya Robertskimi məşhurlar da iştirak edib.Digər Xəbərlər

Kuklaçılar festivala gedir

Monotamaşa: həyatın acı reallıqları və sənətkar həqiqəti

Gecə muzeylərindən sualtı macəralara: Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

Axundovun klassik komediyası Türkiyənin İğdır şəhərində səhnələşdirilir

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Bakıda İƏT Mədəniyyət Festivalı keçiriləcək

Multikulturalizm Mərkəzi beynəlxalq əməkdaşlığını genişləndirir
