adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Dekabr 2018 10:13
85615
MÜSAHİBƏ

70 manatlıq kitabın müəllifi: Bu asan deyildi... - MÜSAHİBƏ

Adalet.az Çexiyada yaşayan həmvətənimiz rejissor, "Azərbaycananimasiyası” kitabının müəllifi Rəşid Ağamalıyevlə müsahibəni təqdim edir:

- Özünüz haqda məlumat verərdiniz...

- 1992-ciildə Rusiyada doğulmuşam. Uşaqlığım Zığ qəsəbəsində, dənizkənarında keçib. 16-17 yaşında Rüstəm İbrahimbəyovun beynəlxalq kino məktəbindəoxumuşam.

2010-cu ildə Çexiyaya köçdüm. Özümü çox xoşbəxt insan sayıram. Çoxlu arzularımvar. Biri budur ki, Azərbaycanda uşaqlarımız üçün gözəl cizgi filmləri çəkilsin.Bu istiqamətdə işləyirəm.

- Bildiyimə görə, Kafkanın şəhəriPraqada təhsil alırsız. Praqa sizin üçün necə şəhərdi? Orada təhsil necədi?

- Praqamənim ikinci evimdir. Amma bura təzəcə köçmüşəm. Beş il Çexiyanın şərqində yerləşənOlomouts şəhərinin Palatski Universitetində "Kinoşünaslıq” və "İngilisdilinin filologiyası” ixtisasları üzrəbakalavr dərəcəsi almışam. 2015-ci ildə Hollandiyanın Utrext səhərinin eyniadlı universitetində fəlsəfə üzrə təhsilimi davam etdirmişəm. Sonra PraqanınFAMU-sunda (Səhnə Sənətləri Akademiyasının Kino və Televiziya fakültəsi)"Kinoprodüser” ixtisası üzrə kurs bitirmişəm. FAMU dünyanın ən yaxşı kino məktəbisayılır. Avropa təhsilimdən çox məmnunam. Ən asası odur ki, səni düşünməyə öyrədirlər.


- "Azərbaycan animasiyası” kitabınız bu yaxınlardaPraqada çap olunub. Səhv etmirəmsə, qiyməti 70 manatdır. Kitablar necəqarşılandı, satılırmı?

-"Azərbaycananimasiyası”nın siqnal nüsxəsini il yarım bundan əvvəl Praqada çap elədik.Sonra kitab üzərində xeyli işlədik və nəhayət bu ilin oktyabrında Bakıda 200nüsxə ilə çap elədik. Bu asan deyildi. Kitabı çap etdirmək üçün 10 ay Crowdfunding(kollektiv maliyyələşdirmə) kampaniyası aparırdıq və 200-ə yaxın insanın köməyiilə kitabımızı çap etdirdik. Kitabımız adi kitab deyil – bu, Azərbaycananimasiyasının inkişaf etdirilməsi üzrə bir plandır. Animasiyamızı diriltməküçün ilk növbədə onun tarixini bilmək lazımdır.

- Kitab hansı mövzulara toxunub?

-Bu kitabın yazılmasına çoxlu istedadlı insanlar cəlb edə bilmişəm. Hazırda Azərbaycananimasiya kinosu mövzusunda dissertasiya işi yazan Sevinc Əzimova əsl tapıntıoldu. Onun məzmunlu və çox maraqlı məqalələri Azərbaycan animasiyası haqqındageniş təsəvvür yaratmağa imkan verir. Kinoşünas Aygün Aslanova və AliyəDadaşovanın məqalələrində sosial-siyasi mövzuda olan filmlər araşdırılır.Rejissor Kəmalə Rzayeva isə öz məqaləsində ilk Azərbaycan animasiya filmlərininmüəllifi Rasim İsmayılov haqqında danışır. Korifey kinoşünas, Azərbaycankinosu haqqında çoxsaylı kitabların müəllifi Aydın Kazımzadə özünün giriş məqaləsindəAzərbaycan animasiya filmi tarixi haqqında qısa məlumat verir. Rejissor LeylaNovruzinin məqaləsi hələ tədqiq edilməmişdbir mövzuya – İran azərbaycanlılarınınanimasiya filmləri mövzusuna toxunur. Slovakiyalı kinoşünas Andrey Xovanets məqaləsində"Seans” filmini interpretasiya edir, çex rejissor-animator Karolina Çijkova isəmüxtəlif illərə aid Cırtdan haqqında olan filmlərin misalında 70-80-ci illərintexniki işləmələr və ənənələrinin qorunub saxlanılmasının vacibliyini izahedir.

Mənimməqalələrim isə müəllif animasiya rejissorlarımızın yaradıcılığına həsr olunub– Ağanağı Axundov ("Cırtdan”, 1969), Firəngiz Qurbanova ("Anam ağaca çıxıb”,1986), Məsud Pənahi ("Tıq-Tıq xanım”, 1974), Şamil Nəcəfzadə ("İthaf”, 1990) vədigərləri. Müəllif animasiyası mənim üçün ən maraqlı mövzudur. Məqalələriyazarkən, məlum oldu ki, Azərbaycanda fərqli müəllif animasiyası olub və onlar beynəlxalqfestivallarda uğurla nümayiş etdirilirdi. İstədiyim odur ki, bu ənənənin davamıolsun…


- İlk dəfə bu işəmaraq sizdə haradan yaranıb? Xüsusi bir tarixçəsi varmı?

-Əslində var. Xəstəxanada idim. Çox ağır əməliyyatlardansonra özümü əyləndirmək üçün cizgi filmlərinə baxırdım. Sonra bu maraq peşəkar birarzuya çevrildi. Kinoşunas olaraq həmişə Azərbaycan kinosuna dair kitab yazmaqistəyirdim. Başlamaq çox çətin idi, araşdırmalar bir ilə yaxın davam etdi vədostların köməyi ilə bu il bu işi bitirdik.

- Azərbaycandaanimasiya filmləri, ümumiyyətlə multfilm, demək olar ki, yox səviyyəsindədir.Bu sahədə nəsə etmək fikriniz varmı?

- Əfsuslar olsun ki, sözlərinizdəhəqiqət var. Milli animasiyamız həqiqətən də aciz durumdadır. Biz bu istiqamətindəartıq iki ildir ki, çalışırıq. Kitab, sadəcə, birinci addımdır. Əlavə olaraq birneçə tədbir və masterklasslar keçirtdik.

Məsələn, İncəsənət universitetinindəstəyilə "Müasir Azərbaycan animasiyası” adlı konfransı keçirtdik. Əsasmüzakirə olunan məsələ "necə etmək lazımdır ki, uşaqlarımız ana dilində mulfilmlərəbaxa bilsin?” sualına cavab tapmaq idi. Konfransın gedişində aydın oldu ki, Azərbaycandaanimasiyanın inkişafı üçün dövlət dəstəyi olmalıdır və professional təhsilüçün universitetdə animasiya kafedrası açılmalıdır. Biz – kitab müəllifləriisə ümidvarıq ki, kitabımız həmin kafedranın tələbələri üçün ilk dərs vəsaitiolacaq.

Bundan sonrakı tədbirdə isə qərar verildiki, milli animasiyanın inkişafı üçün beynəlxalq festival keçirilməsivacibdir. Beləliklə, «ANİMAFİLM – 1-ci Bakı Beynəlxalq Animasiya Festivalı»ideyası meydana gəldi.

Festivalı bu ilin oktyabrındakeçirtdik. Heç ağlımıza gəlməzdi ki, hər şey belə gözəl və səmimi alınacaq.Əsasən də maliyyə çətinliklərinə baxmayaraq biz böyük və balacalara xeyli müsbətenerji verə bildik, bir çox gənc müəllifləri işə həvəsləndirdik.

Qeyd edim ki, anima.az adlıelektron portalımız açılıb. Orada bu sahəyə aid bütün yenilik və xəbərlər yerləşdirilir.

- Dünya kinosunu izləyirsinizmi?Məsələn, hansı rejissorları sevirsiniz?

- Ən sevdiyim kinorejissor Terrence Malickdir.Animasiya rejissorlarından isə Yuri Norşteynə rəğbətim var.


- Bəs Azərbaycanda ənçox bəyəndiyiniz rejissor, aktyor kimdir?

- "Azərbaycan animasiyası” kitabı üzərində işləyərkən,demək olar ki, bütün animasiya rejissorlarımızla tanış oldum. Elçin HamiAxundov ("Cırtdan”) və Məsud Pənahi ("Tıq-Tıq xanım”) nəyinki gözəl rejissor, həmdə möhtəşəm insanlardır. Belə insanlarla ünsiyyətdə olmaq böyük xoşbəxtlikdir.

- Bizim kino cameəsindənkiminlə əlaqəniz, dostluğunuz var?

- Kino və animasiya – ailə kimi bir şeydir. Hamıbir-birini tanıyır. Azərbaycanda və Avropada çoxlu kino və animasiya dostlarım,müəllimlərin vardır. Əlaqələrsiz iş alınmır. Ancaq bir-birimizi dəstəkləyərəkortaya gözəl iş çıxarmaq olar.


- Praqada nə ilə məşğulsunuz?

- Praqanın Barrandov kinostudiyasında tammetrajlıstop motion texnikasında animasiya filmi çəkirik. Bu layihə Çexiyanın tarixindəən bahalı animasiya layihəsidir – büdcəmiz 3,5 milyon avrodur. Baş prodüseryanında assistent işləyirəm. Xeyli təcrübə toplamışam.İndi isi bu iş ilə həvəslənərəköz layihələrimi başlamaq istəyirəm. İdeyalarım çoxdur. 

- Kinoyla bağlı nə arzularınız var?

-Rejissor və prodüser kimi səmimi və gözəl bədii və animasiya filmləri çəkmək. Vəən əsası, öz işimdən zövq almaq...