adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyun 2020 15:01
50523
ŞOU-BİZNES

68 yaşlı İbrahim Tatlısəs gündəm oldu: 42 yaş özündən kiçik...

Atası ərəb,anası kürd olan müğənni, bəstəkar, aktyor, televiziya aparıcısı, iş adamıvə nəhayət Türkiyənin ustad sənətçisi İbrahim Tatlısəs uzun müddətdən sonraaxtardığı sevgisini tapa bilib. Ailə həyatında bəxti gətirməyən 68 yaşlı ulduz nəhayətki, Bodrumda keçirdiyi yay tətilində sevgilisi ilə kameralar önünə keçib. Müğənniyeni sevgilisi 26 yaşlı Gülçin Karakayailə eşq macərasına başlayıb. Uzun zamandır eşq yaşadıqları deyilən cütlük əyləncəlianlarını bölüşüb.

"Mənqadınsız bacarmaram” deyən Tatlısəsin yeni sevdasının "Instagram” postları gündəm olub.

Adalet.azxəbər verir ki, yeddi övlad, doqquz nəvə sahibi olan Tatlısəsinüçüncü dəfə nikah masasına oturub-oturmayacağı maraq mövzusuna çevrilib.Tatlısəsinyeni sevgilisi Gülçinaralarındakı 42 yaş fərqi çaşqınlıq yaradıb.

Qeyd edək ki, İbrahimTatlısəs, ilkevliliyiniUrfadaƏdalətDurakilə həyatakeçirib.Cütlüyün 3 uşağı olub vəonlar ayrılıb. 1979-cu ildə "Qara yaylıq” filmindətanışolduğuaktrisa Perihan Savaş ilə münasibətə başlayan Tatlısəs daha sonra onunla ailə həyatıqurub.Bu evlilikdən cütlüyün Mələk Zibeydə adlı qızı var.9 avqust1984-cüiltarixli qəzetlərdə yer alan xəbər hamını təəccübləndirib.Xəbərdə yazılmışdı: "İbrahim Tatlıses tərəfindən qaçırıldıqdan sonra yeddi saatərzində döyüldüyünü iddia edən aktrisa Perihan Savaş prokurorluğa müraciət edərəkonun ruhi xəstə olduğunu bildirib və həbs olunmasını istəyib.P.Savaşıngözünün altının göyərdiyini, qaşının partladığını görüblər.Tatlısəs ifadəsindəbildirib ki, o, qızımın anasıdır, sağda-solda gəzməyini kişi olaraq qürurumasığışdırmadım”. Bundan sonra cütlük ayrılıb. 1983-cü ildə "Günah” filmini çəkərkənDərya Tuna ilətanışolan Tatlısəsin ondan İdo (İbrahim) adlı biroğlu var. Ancaq cütlük heç zaman ailə həyatı qurmayıb.



İbrahim Tatlısəsbir müddət məşhur rəqqas Asena ilə də eşq macərası yaşayıb.İbrahim Tatlısəs27 sentyabr 2011-ci ildə xəstəxanada sürpriz şəkildə Ayşəgül Yıldızla ailə həyatıqurub.Tatlısəsin nikah şahidi Fatih Tərim olub.Cütlüyün Elif Adaadlı qızları var. Bu evlilik də uzun müddət davam etməyib və cütlük 29 noyabr2013-cü ildə boşanıb. İ.Tatlısəs boşanmaxəbəri ilə bağlı belə açıqlama verib: "Sevgili dostlarım, xahiş edirəm, bumövzuda heçkimməndən heç nə soruşmasın.Bu, səhhətimlə əlaqəlialdığımız qərardır.Anlayış göstərin.Ayşəgül xanım Elifiminanasıdır, mənim də qiymətlimdir.Onun pis olmasını istəmirəm”.Bundanəlavə, İbrahim Tatlısəsin Dilan Çıtak adlı qızının olduğu da ortayaçıxıb.Dilan Çıtak illərdir İbrahim Tatlısəsin qızı olduğunu iddiaetmişdi.Onun öz qızı olduğunu etiraf edən Tatlısəs "Əslini inkar edənbizdən sayılmaz”, - deyərək sosial mediadan sözünü demişdi.

Tatlısəsinqızı Dilan Çıtak, 2 dekabr 1989-cu ildə İstanbulda doğulub.O da atasıkimi musiqiçidir. Məşhur müğənni söz-söhbət yayılan zaman sosial mediada oğluİdo Tatlısəs və qızı Dilan Çıtak ilə çəkdirdiyi fotonu paylaşıb və yazıb: "4gündür demədiyiniz söz, yazmadığınız şərh qalmayıb.Bütün sirlər bu fotodaaçılır – İbo-İdo-Dilo.Niyə bu qədər zaman gözlədim?Çünki hər şeyinbir zamanı var idi və doğru zaman bugünmüş...Sizləri sevirik...”

Əntiqə Rəşid