adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Noyabr 2019 10:34
28683
ƏDƏBİYYAT

60 İlin o üzündən gələn səs - Əşrəf Veysəlli yazır

60ilin o üzündə qalmış ömür kitabını vərəqləmək, uzaq zaman kəsiyində baş verənyuxu basmış acılı-şirinli xatirələrioyatmaq, çözələmək zarafat gəlməsin!...Gözəl ürək, məhrəm əməllər sahibi olan,hamının "Ağa”, "Seyid” –deyə müraciət etdiyi, ağır bir övliya ocağının layaqətlinümayəndəsi Səyyad Hüseynovdan , onunlaçox az sürən dostluğumuzdan danışmaq istəyirəm, ancaq heç cür o vaxlarınabu-havasına köklənə bilmirəm.Çox çalışıram ki, o böyük insanın portretini gözönünə gətirim, bacarmıram...Nədənsə hər dəfə onu qalefe kostyumda , uzunboğazxrom çəkmədə görürəm...Yadımda o qalıb ki, böyük vəzifədə çalışırdı : Füzulirayon Aqrosənaye Kompleksinin direktoruişləyirdi, sonralar isə Xalq DeputatlarıSoveti icraiyyə komitəsinin sədrvəzifəsinə yüksəlmişdi.. Haqsızlığın qarşısında heç vaxt susmayan, mərdliksimvoluna çevrilən, mənəviyyatca çox zənginvə sinəsi xalq deyimləri ilə dolu olan butəvazökar və səmimi insanın xətrini sadə peşə adamlarından tutmuş ziyalıvə rəhbər işçilərə qədər hamı çox istəyirdi.Heç kəs öz ürəyini ona açmaqdan çəkinməz,o da öz növbəsində kimsədən öz kömək əlini əsirgəməzdi.Çovğunda tir-tir əsənadam əllərini ağzına təpən kimi ehtiyacın sazağından üşüyənlər də özünü onun işotağına təpər və oradan müsbət enerji ilə yüklənib çıxardılar...

HələB.Sərdarov adına orta məktəbdə təhsil aldığım vaxtlardan şeirlərim yerli vərespublika mətbuatında çap olunurdu.Füzuli rayonunda dərc olunan "Qızıl Araz”qəzetininməsul katibi istedadlı şair, jurnalist, bəstəkar və mügənni kimi yaxşı tanınanməşhur Ağabala dayının oğlu Zöhrab Abdullayevlədostluq edirdim. "Qızıl Araz” qəzetində şeirlərim haqqında çox mükəmməlbir yazı da yazmışdı.(Heyif ki, o yazılar hamısı bu gün işğal altında olan kəndimizdəqaldı).Günlərin birində Zöhrab məni Füzulidəki Pedaqoji Texnikumda keçirilənşeir məclisinə dəvət etdi. "Qızıl Araz”qəzetinin baş redaktoru Firuz Atakişiyev, Səyyad Hüseynov, Zöhrab Abdullayev vəbaşqaları da həmin görüşdə iştrak edirdilər...Mənim çıxışım tələbələrin çoxxoşuna gəldi və dəfələrlə "Yenə!”, "Yenə!” deyərək şeir oxumağımı tələb etdilər...SəyyadHüseynovla tanışlığım oradan başladı.Tədbirdən sonra o qoluma girdi, gəzə-gəzə,söhbət edə-edə məni öz iş otağına gətirdi...Bütün tərcümeyi-halımla maraqlandı,bir-birimizə çoxlu şeirlər oxuduq...Ayrılanda böyük nəzakətlə məni qapıya qədərötürdü və pencəyimin döş cibinə bir topa pul basdı. "Cavan oğlansan, təhsilalırsan, götür xərclə”-dedi...Tanışlığımız dostluğa, dostluğumuz isə qardaşlığaçevrilirdi.(Səyyadın anası Seyid Zərifxanım bizi siğə qardaş eyləyib,xeyir-duavermişdi).

Səyyad ərəb sözüdü, mənası ovçu deməkdir .O da öz xeyirxah əməlləri,insanı keyfiyyətləri ,şirin söhbətləri, zərif zarafatları və təkrarsız şəxsi məziyyətləriilə qəlbimizi ovlaya bilmişdi...Bir az gec görüşəndə kimdənsə sifariş göndərər,yaxud daözü axtarıb tapardı məni...Hər dəfə cibimə cibxərcliyi qoyduğu üçünyanına tez-tez getməkdən çəkinərdim...Arxasızlara arxa, yetim-yesirlərə dayaq vəkimsəzilərin kimsəsi idi Səyyad Hüseynov...Əlini çiynimə qoyanda özümü ən xoşbəxtbəndə hesab edərdim.Elə bilərdim ki,onun əlləri elə tanrının əlləridir...

Heç vaxt unutmaram: səhv etmirəmsə o illərdə bir bacısı rəhmətəgetmişdi...Sinif yoldaşımla hüzür yerinə gəldim.Çox göz gəzdirsəm də onu məclisdəgörmədim.Qohumların birindən xəbər aldım.Dedi ki, "Cin Qobu”da bir nəfərdünyasını dəyişib.Səyyad orada dəfn mərasimindədir.Baxın:-öz dərdi başındanaşan qardaşım sadə bir zəhmətkeşin dərdinə şərik olmağa getmişdi...

Gənclikillərimdə çox dəcəl idim.Oxuduğum məktəbin həyətində uşaqlar məni bir pezəvəngləgüləşdirdilər.Necə oldusa, o pezəvəngi yıxdım. Uşaqlar çəpik çalıbalqışladılar. "Dostum” çox pərt oldu...Ertəsi gün bazarın yaxınlığında o, birneçə nəfərlə yolumu kəsdi.Məni sıxışdırmağa başladılar...Elə bu məqamda Səyyadabənzəyən bir nəfəri görüb " Gəlin, qaçaq!” deyərək məndən uzaqlaşdılar.YoxsaAllah bilir bu dava-dalaşın sonu necə qurtaracaqdı...Onun bənzəri, kölgəsi də məni qoruyurmuş sən demə...

1958-ci ilin sonlarında hərbi xidmətə çağırıldım.İki ildir ki ,orta məktəbi bitirib öz kənd məktəbimizdəkatib işləyirdim.Əgər Səyyada desəydim bəlkə də məni əsgərlikdənsaxlatdırardı...Ermənistanın Eçmiədzin-üç kilsə şəhərində hərdi xidmətdə olarkəntez-tez məktublaşardıq.(O məktublardan bir neçəsini qoruyub-saxlayıb mənə çatdırdığına görə qardaşoğlu Mirtalıbaminnətdaram.Bu məktublardan Səyyadın əllərinin qoxusu gəlir).Səyyad Hüseynov vəşair dostum Lətif Vəliyev Azərbaycanda dərc olunanbir neçə qəzet və dərgiləri müntəzəm olaraq poçt vasitəsi ilə mənə göndərirdilər...Barmağınızıqatlayın: hansı dövlət məmuru əsgərlərimizlə bu cür sıx-sıx əlaqə saxlayır,onlarla məktublaşır, ailə problemlərininhəlli ilə maraqlanır?...

Bəli,mən hərbi xidmətdə ola-ola Səyyad Hüseynov kimi qayğıkeş insanların sayəsindəali məktəbin imtahanlarına hazırlaşdım.Və imtahanları böyük uğurla verərək,ADU- nun şərqşünaslıq fakültəsinə qəbul olundum.Buna görə də əsgərlikdən 9 ay əvvəltəxris olunaraq təhsilimi davam etdirməyə gəldim...O zamanlar gənclik dostlarımNovruz Məmmədov və Zöhrab Abullayev Sumqayıta köcüb, orada məsul vəzifələrdəçalışırdılar.Ali məktəbi bitirdikədən sonra mən də taleyimi həmişəlik Sumqayıtabağladım...Əlaqələrimiz zəiflədi,yeni-yeni qayğılar, problemlər və nə bilimdaha nələr, nələr bizi göz açmağa goymadı.Sonra, bir xeyli sonra isə qatı həsrətdumanı çökdü aramıza...Torpaqlarımız, yurd-yuvalarımız erməni daşnaqları tərəfindənişğala məruz qaldı...Qohumlarımızın, doğmalarımızın, əzizlərimizin vədostlarımızın məzarlarını da indi ziyarətedə bilmirik...Ancaq 2016-cı ilin möhtəşəm Aprel döyüşləri böyük qələbəyə inam hissimizi bir az daartırdı.Hər birimizin ürəyində "Cocuq Mərcanlıadlı bir gül pardaxladı...İndi özümüzü Şuşaya,Laçına aparan o böyük yolunastanasında hiss edirik...

Vətənsevgisiylə yaşayanların

Himniqanımızla yazılmalıdır.

Həsrətcovğununda üşüyənlərim

Zəfərgünəşiylə qızınmalıdır...

Kaşmöcüzə baş verərdi: bir də görərdim ki, yenə də Füzulinin mərkəzi meydanındaaddımlayıram.60 ilin o üzündən gələn bir səs qəfildən məni xəyallardan ayırardı: "Ay Əşrəf,!”...o səsətərəf devikib,uçunaydım.Arxaya çönəndəqarşımda dostumu görəydim...Qayıdaydı ki, "Haralardasan?,neçə gündür ki, Seyidsəni axtarır...”

SƏN ŞAİR OLMAĞI ÖYRƏTDİNMƏNƏ

(USTADIM VƏ SİĞƏ QARDAŞIMSƏYYAD HÜSEYNOVUN HƏMİŞƏYAŞAR XATİRƏSİNƏ).

Zülmət yollarımaişıq saçıldı,

Qənimi tapıldı dərdi-sərimin.

Səni görəngündən eynim açıldı,

Çıçəyi çırtladı ümidlərimin.

Yoxdu rahatlığın ,yoxdu dincliyin ,

Qəlbin kövrəklikdə çiçək kimiydi.

Odlu cavanlığın, qaynar gəncliyin

Köksündəçırpınan ürək kimiydin.

Necə də mehriban, xoşqılıq idin,

Bir el sığınmışdı səxavətinə.

Təpədən dırnağa yaxşılıq idin,

Kəbətək gələrdim ziyarətinə.

Aşa bilməyəndə qəm hasarını

Sinəmdə qövredib sızlardı ürək.

Mən sənin kabinet qapılarını

Açardım səadətqapıları tək.

Ən ağır çağımda yetdin imdada,

Mən səndə dayımı,əmimi gördüm.

Vəzifə başında, iş başında da

Səni sadə gördüm, səmimi gördüm.

Gəl məni təzədən sına, qardaşım,

Yaxşı dost çətində sınanan kimi.

Sənə güvənirəmyenə, qardaşım

Seyid öz cəddinə güvənən kimi.

Keçə bilməsəm də sən keçən yolu,

Şəninə şeirlərdeyirəm hələ.

Hələ xərcləyirəm sən verən pulu,

Sən verən çörəyi yeyirəm hələ.

Həsrətin könlümü yeyir, qardaşım,

Göy kimi dolmağı öyrətdin mənə.

Tək şeir yazmağı deyil, qardaşım,

Sən şair olmağı öyrətdin mənə.

***