adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2014 12:21
7334
KRİMİNAL

58 kiloqram narkotika tutuldu

Azərbaycansərhədçiləri İrandan qanunsuz yolla ölkəyə 58 kiloqrama yaxın narkotikvasitənin gətirilməsinin qarşısını alıblar.


Bu barədə Adalet.az-a Dövlət SərhədXidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Aprelin 12-də gecə saat 00:10 radələrində HoradizSərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhədzastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirlərinəticəsində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycanistiqamətində külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən naməlumşəxs ərazidə xidmət aparan DSX-nin hərbi qulluqçuları tərəfindən aşkaredilib. Onun Azərbaycan ərazisinə daxil olmasının qarşısı alınıb, nəticədəsərhəd pozucusu geri qaçmağa məcbur olub. Sərhəd pozucusunun hərəkət marşrutuüzrə ərazidə axtarış tədbirləri keçirilib və 3 kiloqrama yaxın tiryək aşkaredilərək götürülüb.

Bundan başqa, aprelin 15-də saat 22:15–də GöytəpəSərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhədzastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirlərinəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotikvasitələri keçirməyə cəhd edən 3 nəfərdən ibarət dəstə ərazidə xidmətaparan DSX hərbi qulluqçuları tərəfindən aşkarlanıb. Sərhəd pozucularıDSX əməkdaşlarının müqaviməti ilə rastlaşıb geri qaçmağa məcbur olublar.Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə 9,1 kq heroin, 14 kq tiryək,22,9 kq həşiş qətranı, 8,7 kq qurudulmuş marixuana, 120 qram kristal formasındaheroin və 300 ml qabda metodon məhlulu aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı DSX-nin İstintaq və Təhqiqatİdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318, 206,234-cü maddələri ilə cinayət işləri başlanılıb.

Hazırda həmin cinayət işləri üzrə cinayətiniştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruriəməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.