5190 müəllimliyə namizəd əlavə yerləşdirmə üzrə vakansiya seçimində iştirak edib
Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, 5 190 namizəd elektron ərizəsini təsdiq edərək bu mərhələdə iştirak edib. Ərizəsini təsdiq etmiş şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər. Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.
Digər Xəbərlər
01 May 2024 09:22
İbtidai siniflərdə yaz tətili başlayır
30 Aprel 2024 15:35İmtahanda 4 nəfər maksimal bal topladı
30 Aprel 2024 15:18Buraxılış imtahanının nəticələri elan olundu
29 Aprel 2024 12:38Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00