adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Mart 2024 13:13
2280
ELM VƏ TƏHSİL

50 məktəbdə monitorinq aparılıb, pozuntular aşkarlandı

Son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb, nöqsanlar aşkarlanıb.

Adalet.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 9 illik təhsil icbari olduğundan həmin müddətdə ciddi pozuntu olmayıbsa, kənarlaşdırılma yolverilməzdir: "Son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb, nöqsanlar aşkarlanıb və ciddi xəbərdarlıqlar edilib. Monitorinq sırf davamiyyətlə bağlı olmayıb, sadəcə, həmin müddətdə buna da fikir verilib".