“5 min məhkumla bağlı təqdimat göndəriləcək” - Əli Hüseynli
"Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdi. 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədri qanunun tətbiqi ilə bağlı statistikanı açıqlayıb: "Həmin müddətdə məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib. Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur”.
Ə.Hüseynli bildirib ki, bundan başqa 5 min məhkumla bağlı təqdimatın göndərilməsi nəzərdə tutulur: "Bu qanunu Amnistiya qüvvəli qanun kimi qəbul etmək olar”.
Digər Xəbərlər
26 Aprel 2024 21:53
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41QƏRƏZLİ QƏTNAMƏLƏRİN YEGANƏ SƏBƏBİ QARABAĞI AZAD ETMƏYİMİZDİR
26 Aprel 2024 19:00