adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyun 2019 15:25
26406
MƏMLƏKƏT

5 iyun - Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür


Sonillər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özününkeyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib,məhsuldarlıq yüksəlib, müvafiq qurumlarla işgüzar, səmərəli əlaqələrformalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərəgöstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb. Eləbunun nəticəsidir ki, Prezidentİlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə hər il iyunun 5-i sutəsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.Melioratorlarbu əlamətdar hadisəni ölkə rəhbəri tərəfindən respublikada məhsul bolluğuyaratmaq kimi müqəddəs və şərəfli işlərində onların əməyinə verilən yüksəkqiymət kimi dəyərləndirirlər. Peşə bayramları ərəfəsində ölkənin qabaqcıl sutəsərrüfatı kollektivlərindən olan Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağıİstismarı İdarəsinin rəisi Allahyar SALAYEVLƏ görüşüb, onların uğurları,qayğıları ilə maraqlandıq.

- Bəri başdan bildirim ki, YuxarıXanbulançay Hidroqovşağının tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevinbilavasitə təşəbbüsü və tapşırığı ilə həyata keçirilib, - deyə Allahyar müəllim sözə başladı. - 1976-cıil dekabrın 28-də Xanbulançay dəryaçasının açılışında şəxsən iştirak edən ulu öndər"Mən sizə Göy-Göldən də gözəl bir göl bəxş edirəm” deməklə, bu nəhəng obyektinfəaliyyətinə öz xeyir-duasını vermişdi. Yeni dəryaçanın işə düşməsi ilə cənubzonasının imkanları xeyli artdı, təkcə Lənkəran rayonunda tərəvəz istehsalı 200min tona, yaşıl çay tədarükü isə 15 min tona çatdırıldı.

Həmin dövrdə kəndtəsərrüfatında yetişdirilən bol məhsul zəhmət adamlarının maddi rifah halınınyaxşılaşdırılmasına imkan yaratmışdı. Qəsəbə və kəndlərin sakinləri özləri üçünyaraşıqlı yaşayış evləri tikir, minik avtomobilləri alırdılar. Bir sözlə,insanların gün-güzəranı ildən-ilə yaxşılığa doğru gedirdi.

- Allahyar müəllim, xalqımızın müdrikoğlu Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdansonra da ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün bir sıra islahatlara imzaatdı.

- Elədir ki, var. Azərbaycanın ən ağırməqamında xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni, xaosdan,rəzalətdən və səfalətdən xilas etdi. Məhz ümummilli liderin səyləri ilə Azərbaycaniqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Ölkə Prezidenti aqrar sahədəvəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçünbütün qüvvələri səfərbər etdi. O, göstərdi ki, "müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnəsosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı,iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli,iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlaraparılmalıdır, təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur”.

1994-cü il dekabrın 23-də kənd təsərrüfatındaiqtisadi islahatlara həsr olunmuş Ümumrespublika müşavirəsində Heydər Əliyevaqrar islahatların vacibliyini bir daha vurğulayaraq bildirdi:"...Aqrar bölmədə iqtisadi islahatlaraparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəstiqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eynizamanda, son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir”.

Həqiqətən də həyata keçirilən islahatlar çoxkeçmədi ki, özünün səmərəsini verdi. 1996-cı ildə "Meliorasiya və irriqasiya haqqında”Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Ölkənin meliorasiya və sutəsərrüfatı kompleksinin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıldı.

Bir sözlə, müdrik və uzaqgörən rəhbər,qüdrətli tarixi şəxsiyyət, dünyamiqyaslı siyasətçi, xalqımızın, bütün ölkəmelioratorlarının sevimlisi ulu öndər Heydər Əliyev Azərbaycanda su təsərrüfatıkompleksinin yaradıcısı, onun inkişaf konsepsiyasının, meliorasiya və su təsərrüfatısahəsində görülmüş əzəmətli işlərin və əldə edilmiş inqilabi dəyişikliklərinmüəllifi, həm də təşkilatçısı olub.

-Bəs bu gün meliorasiya və irriqasiya sahəsində işlər nə yerdədir? Kollektivinizsuvarma mövsümünə necə hazırlaşıb?

-Bu gün Azərbaycan xalqı və ölkəmelioratorları fəxr edə bilərlər ki, ulu öndər Heydər Əliyevin yolunu, siyasikursunu müvəffəqiyyətlə davam etdirən, bir çox uğurlara nail olan AzərbaycanPrezidenti İlham Əliyevdir. Məhz onun bilavasitə təşəbbüsü sayəsində respublikamızdameliorasiya sahəsinə qoyulan investisiyaların həcmi ildən-ilə artmaqdadır.Nəticədə mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyliyaxşılaşıb, sistem üzrə işçilərin əməkhaqqı dəfələrlə artıb, sahəninmaddi-texniki bazası gücləndirilib.

Təqdirəlayiq faktdır ki, son illərrayonumuzda da investisiya və əsaslı vəsait qoyuluşu hesabına bir sıralajihələr həyata keçiriib. Buna misal olaraq Xəzər dənizində suyun səviyyəsininqalxması ilə əlaqədar sahilbərkitmə işlərinin görülməsini, sel suların vədaşqınların qarşısının alınması üçün yeni kollektorlar və onların üzərindəhidrotexniki qurğuların tikintisini, çayların məcralarının genişləndirilməsinigöstərmək olar.

Bəri başdan bildirim ki,kollektivimiz cari suvarma mövsümünə yüksək əhval-ruhiyyə ilə başlayıb. Əkinsahələrinin suvarma suyu ilə təmin edilməsi və istehlakçılara vaxtındaçatdırılması istiqamətində işlərimiz bir gün belə səngimir. Qeyd edim ki, əsas su mənbəyimiz sayılanXanbulançay su anbarında hazırda tam həcmdə - 52 mln.kubmetr su ehtiyatıtoplanıb. Bu isə ötən illə müqayisədətəqribən iki dəfəyə yaxın çoxdur.

Son illər rayonumuzda çəltikçiliyininkişafı ilə əlaqədar suvarma suyuna tələbat artıb. Bu tələbatı təmin etməkməqsədilə balansımızda olan su tutarları, o cümlədən Hüşnəhi sututarının əsassu buraxıcı qazanı təmir edilib, digər sututarlarında da cari təmir işləriaparılmaqla onların hamısı suvarma üçün hazır vəziyyətə gətirilib.

Lənkərançay və Bəşəruçay üzərindəolan suqəbuledici qurğular təmir olunub, onların mexaniki hissələri yağlanmış,elektrik qurğuları sazlanıb. İstisu qəsəbəsi ərazisində yerləşən 5 nömrəlinasos stansiyasında mövcud nasazlıqlar aradan qaldırılıb, 72 metr yüksəklikdəyerləşən hovuzun doldurulmasına xidmət edən ikinci nasos quraşdırılıb, nəticədəsuvarmanın dayanıqlı və mütəşəkkil aparılması təmin edilib.

Torpaq kanallarda da suyun ötürülməsi məqsədilə Boladi, Cil, Ləj,Viravul, Gərmətük, Yuxarı Nüvədi, Şağlaser və digər yaşayış məntəqələrindəgörülən qazma işlərinin həcmi 2019-cu ilin birinci rübündə 122 min kubmetr,hamarlama işlərinin həcmi isə 115 min kubmetr təşkil edib.

Yeri gəlmişkən bir daha xatırladım ki,Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə ölkədətaxılçılığın, baramaçılığın, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, sitrusmeyvələrinin, pambıqçılığın, üzümçülüyün və digər kənd təsərrüfatı məhsullarıistehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş dövlət proqramlarıvə tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı DövlətProqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarınınistehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və sutəsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin həyatakeçirilməsi ilə bizim də məsuliyyətimiz xeyli artıb.

Bu il su ehtiyatlarımızın keçən ilə nisbətən çox olmasına baxmayaraqqənaət rejiminə əməl etməyi və suyun istifadəsində israfçılığa yol verməməyiqarşımıza məqsəd qoymuşuq. Həmişə olduğu kimi cari mövsümdə də sonadəkəkinçilərin yanında olacaq, işgüzar, sistemli əməyimizlə ölkədə ərzaq və xammalbolluğu yaradılması işinə töhfəmizi verəcəyik.

Söhbəti apardı:

Ağaddin BABAYEV,

Lənkəran.