adalet.az header logo
  • Bakı -°C
06 Avqust 2025 16:16
370
DÜNYA
A- A+

5 ildən sonra ilk dəfə Çinə səfər edəcək

Hindistanın Baş naziri Narendra Modi avqustun 31-də Çinə rəsmi səfər edəcək.

Adalet.az Hindistan mediasına istinadən xəbər verir ki, Modi Şanxay Əməkdaşlıq Təşkilatının konfransında iştirak edəcək.

Qeyd edək ki, 2020-ci ildə Çin və Hindistan arasında sərhədboyu ərazilərdə baş verən toqquşmalardan sonra, bu, Hindistan Baş nazirinin Çinə ilk səfəri olacaq.

Narendra Modi və ÇXR sədri Si Cinpin sonuncu dəfə 2024-cü ildə Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində görüşüb.