45 min iranlı evsiz qalıb
ABŞ və İsrailin hücumları nəticəsində təxminən 45.000 Tehran sakini qismən əmlak itkisindən və ya tamamilə dağıntıdan əziyyət çəkib.
Adalet.az xəbər verir ki, bunu Tehran valisi Məhəmməd Sadeq Motamediyan "Al-Mayadeen" qəzetinə deyib.
O, paytaxt şəhərdə səfirlər və jurnalistlər üçün hücum nəticəsində mədəni, arxeoloji və mülki ərazilərə dəyən ziyanın qiymətləndirilməsinə həsr olunmuş tur təşkil edib.
Qeyd olunub ki, hücum təkcə insanlara və binalara deyil, həm də millətin yaddaşına və kimliyinə qarşı yönəlib. Qacar sülaləsinin simvolu və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş məşhur Gülüstan Sarayı da müharibənin dağıdılmasından kənarda qalmayıb.


Bakı -°C

