35 ildir kəsərdən düşməyən "KİŞİ SÖZÜ" filmi
Bu il Azərbaycan film sevərlərinin sevdiyi “Kişi sözü” filminin 35 yaşı tamam olur.
Adalet.az xəbər verir ki, rejissor Cahangir Mehdiyevin çəkdiyi “Kişi sözü” filmi 1987-ci ildə başa gəlib . Azərbaycan tamaşaçısının sevə-sevə izlədiyi, 35 ildir ki, ekranlardan düşməyən bu filmin hər yaşda izləyicisi var. Film tanınmış yazıçı İsi Məlikzadənin ssenarisi əsasında ekranlaşdırılıb.
Hətta sevilən filmin qəhrəmanlarının sözləri bu günə qədər aforizm kimi xalq arasında işlənir
“Sənə olan məhəbbətimi bu qəbirstanlıqda dəfn edib gedirəm”
“Azar-bezar gələndə nə feldşerə baxır, nə doktora”;
“Başa düşmək üçün gərək adamda baş olsun”;
“Diqqət, indi məni televizorda göstərəcəklər”
“Xoruz - cinsi kişidir. Əbəs yerə banlamaz. Ağzını da bağlasan, qaranlığa da salsan, mütləq saat 4-də banlaycaq”.
Keçək filmin mövzusuna: Hadisələr xalqımıza məxsus adət ənənələri olan ucqar bir kənddə cərəyan edir. Verdiyi sözə dəyər verən, sevgisinə görə hər çətinliyə qatlaşan, çətinliklərlə üzləşsədə təmkinin pozmayan qəhrəmanların bu tip davranışları tamaşaçıda filmə bir doğmalıq yaradır. Məsələn filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) əvvəl sürücü olsa da sevdiyi qıza- Solmaza (Sənubər İsgəndərli)qovuşmaq üçün texnikuma giri, baytarlıq sənətinə yiyələnir. Amma o kəndə dönəndə baytarlığı bitirdikdən sonra qızını ona verəcəyinə söz vermiş Solmazın atası sözündən qaçır. Bax elə mövzunun mahiyyətinə bu kadrlardan sonra başlayır: Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.
Filmin quruluşçu rejissoru Cahangir Mehdiyev, rejissoru Adil İsmayılov, quruluşçu operatorları Eduard Qalakçiyev, Fikrət Əsgərov, quruluşçu rəssamı Fikrət Əhədov, bəstəkarı Vasif Adıgözəlov, mahnıların mətninin müəllifi Ramiz Rövşən, filmin direktoru isə Tələt Rəhmanovdur.
Rollarda Əjdər Həmidov, Sənubər İsgəndərli, Cahangir Mehdiyev, Muxtar Avşarov, Cəvahir Bayramova, Leyla Bədirbəyli, İradə Həsənova, Elnur Mehdiyev və başqaları çəkilib.
Qeyd edək ki, filmin rejissoru Cahangir Mehdiyev filmdə idmançı Niyazi rolunu, oğlu Elnur isə Qasımın balaca dostu ,"velosipedli uşaq" rolunu bacarıqla oynayıblar
Əntiqə Rəşid
.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

