adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Iyul 2018 14:11
19959
MƏMLƏKƏT

40 il sonra

İyulun 7-də Kürdəmirşəhər 2 saylı orta məktəbdə məzunların görüşü keçirildi. Görüşün iştirakçılarıməktəbin 1978-ci il buraxılışının məzunları idi. 1978-ci ildə məktəbi bitirəndörd sinif üzrə 130 şagirddən yarısı 40 ildən sonra doğma ocağa toplaşmışdılar.

Hər zaman azyaşlıuşaqların və yeniyetmələrin gəzişdiyi məktəb həyəti bu dəfə fərqliab-havadaydı. Saçı-saqqal ağarmış, artıq nənə-baba titulu daşıyan köhnəməzunlar yeniyetmə sevinci ilə bir-biri ilə görüşür, doğmalar kimi qucaqlaşır,sevincdən kövrəlirdilər. Bir-birinin ailə, iş həyatı, sağlamlığı iləmaraqlanan, hal-əhval tutan, məzunların səs-küyünə qəfil çalınan məktəb zəngison verdi. Köhnə məzunlar dəstə-dəstə məktəb dəhlizinə daxil oldular. Onlarıdəhlizdə qarşılayan təqaütçü müəllimləri ilə səmimi görüşdən sonra sinifotaqlarına keçən məzunlar keçmiş partalarında əyləşdilər. Bir andaca uşaqlaşan,kövrələn məzunlar vaxtsız dünyasını dəyişən sinif yoldaşlarının boş qalanpartalarına tər qərənfil qoydular.


Görüş məktəbin akt zalında davam etdi. Öncəmüəllimlər sinif jurnalları üzrə məzunların adını çəkdikcə ayağa qalxıb:

- Burdayam – deyənuşaqlar özləri haqda məlumat verdilər. Keçmiş sinif nümayəndələri 40 il ərzində dünyasını dəyişən, ölkə xaricindəyaşayan, üzürlü səbəbdən görüşə gələ bilməyənlər haqqında qısa məlumatverdikdən sonra səhnədə quraşdırılmış monitorda vəfat edən sinif yoldaşlarıhaqqında sujeti kədərlə izlədilər.

Daha sonra isə ölkəxaricində yaşayan məzunlar monitordan köhnə dostarını, müəllimlərinisalamlayaraq, onlara iş və ailə məlumatları, uğurları barədə məlumat verərəkonları izləyənlərə qəlbən birlikdə olduqlarını, arzularını çatdırdılar.


Daha sonra məşhur"məktəb illəri” mahnısının sədaları altında foto slaytı izləyən məzunlar uşaqkimi sevindilər.

- Bax, o mənəm, o daMəhbubə, Sevil, Südabə, Şahin, Araz, Əzizə baxın hələ...


Dünya hələ bizim üçünnağıldı,

Min arzuyla alışırdıq,yanlırdıq

Özümüzü biz hamıdan ağıllı

Özümüzü nə bəxtəvərsanırdıq.

Məktəb illəri,

Ömrümün ən şirin, duyğulu,

Qayğısız günləri

Hər anı bir ömrə bərabər

Sevimli günləri

Bir neçə saatlıquşaqlaşan, qayğısız illərinə qayıdan məzunlar çox xoşbəxt görünürdülər.

Görüçdə iştirak edən müəllimlərdənAbutalıb Talıbov, Akif Hacıyev, Elmira Şıxalıyeva, Axirə Salmanava, XanlarKərimov çıxış edərək məzunları uşaqlıq, müəllimləri gənclik illərinəqaytardıqları, onları unutmayan, əvvəlki hörmət, ehtiramla xatırlayanməzunlarla görüşdürən, görüş iştiarkçılarına sevinc fərəh dolu gün yaşatdıqlarıüçün tədbirin təşkilatçıları olan məzunlara, xüsusilə orta məktəb illərindətəşkilatçılığı ilə fərqlənən Yaqut Əşrəfovaya minnətdarlıqlarını bildirdilər.

Görüş unudulmayanxatirələr, məzəli əhvalatlarla çay süfrəsi arxasında davam etdi.