adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Dekabr 2022 17:46
721
ELM VƏ TƏHSİL

40 gün sənsiz

Azərbaycanın daha 1 alimi-canlı ensklopediyası, yaşamı ilə nəsillərə  örnək olan  ziyalısı gözlərini əbədi olaraq bu dünyaya qapadı.

Böyük yaradan Məmmədov Faiq Cəbrayıl oğluna 86 il ömür bəxş etmişdi. Bu ömrün hər anını Vətənə, xalqına xidmətə sərf etdi.  Noyabrın 29-u  88 yaşına qədəm qoyacaqdı. İnanmaq olmur ki,  artıq vəfatının 40-cı günüdür. Onun mehriban siması, insanlara xoş təmasları tanış olduğu hər kəsdə gözəl təəssürat yaradırdı. O, elmin demək olar ki, ən  dərinliyinə enərək dəqiq biliklərin sirrinə yetərincə yiyələnmişdi. 

  F. Məmmədov Bakı Dövlət Universitetinin Fizika fakültəsini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının Aşqarlar İnstitunda elmi işçi, baş elmi işçi, və eyni zamanda, İlk Partiya Təşkilatının katibi olub. 1968- ci ildə Elmlər Akademiyasının Fizika İnstitunda dessertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə yüksəlib. 1970- ci ildə Azərbaycan Neft və Kimya institunda fizika kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Bir neçə ildən sonra isə  Azərbaycan tibb İnistitunun fizika kafedrasında dosent kimi fəaliyyətə başlayıb. Bu elm ocağında da tələbələrə fizikanı sevərək tədris edib.  Son illər Texniki Universitetdə fizika kafedrasının dosenti kimi fəaliyyət göstərib.  Yüzlərlə savadlı, vətənə, elmə vicdanla xidmət edən yetirməlləri olub. 3 övladı- Sevinc, Gültəkin, Aygün adında qızlarına mükəmməl tərbiyə və təhsil verib. Deyirlər ot kökü üstə bitər. Faiq müəllimin atası Cəbrayıl Məmmədov uzun illər boyu Lənkəran və Masallı rayonlarında Sovet  və təsərrüfat müəssisələrində rəhbər vəzifələrdə çalışıb. Ömrünün axırlarında Masallının Boradigah kəndində kalxoz sədri olub və geridə qalan, kasıb bir kəndi birincilər sırasına çıxarıb,  abadlaşdırıb, yolları asfaltlaşdırıb, yeni binaların tikintisində fəal iştirak edib. Kəndin sakinlərinin yaşayışını xeyli yaxşılaşdırıb. Anası Qayda Şirəli qızı ibtidai sinif müəllimi, "Əməkdar müəllim" Azərbaycan müəllimlər qurultayının nümayəndəsi olub. Minlərlə vətənpərvər, savadlı şagird yetişdirib.  Bu nümunəvi ailədə 8 uşaq tərbiyə alaraq böyüyüb.  F.  Məmmədov ailənin üçüncü övladı olmasına baxmayaraq,  bacı və qardaşlarının təhsil almasında, onların həyatda düzgün yol seçmələrində əvəzsiz köməyi olub. Gənc yaşlarından bütöv bir nəslə ağsaqqallıq edib. Hətta baçı -qardaşların  övladlarının - Aytənin,  Nihalın, ilhamın, Könülün, Elmarın, Ceyhunun, İradənın,  Yeganənın  və digər qohumların öladlarının da Vətənə xeyirli , savadlı və şərəfli insanlar  kimi yetişməsində böyük rolu  olub. İş Təkcə ailəsinə, qohumlarına deyil, ona müraciiət edənlərin heç birindən dəstəyini əsirgəməyib, əksər gənclərə dayaq durub. Faiq müəllimin həyat yoldaşı Xuraman xanım illər öncə 2009- cu ildə ağır xəstəlikdən dünyasını dəyişib.  Rəhmətlik Xuraman xanım da ömür-gün  yoldaşı kimi xeyirxah və mərhəmətli qadın olub. Qonsulara qohumlara, hətta tanımadığı adamlara belə yardım əli uzadıb.  nəvələri Erkin,  Elvin, Emil, Cəmil, Jalə və Əli bu gün sevimli babalarının  yolunu şərəflə davam etdirirlər.

 Qızı Gültəkinin  atası haqda dedikləri: Atam bizi çox yerlərə aparıb, yeni məkanlarla tanış edib. Atalı dünyamızda ürəyimizdən kəçən ən kiçik istək belə anında yerinə yetirilib. Təkcə övladlarının deyil, nəvələrinin də ali təhsi almağında böyük rol oynayıb. Çətinlikdə yanımızda olub. Orta və ali məktəbdə oxuyanda dərslərimizlə davamlı maraqlanıb. Dəyərli məsləhətləri ilə həyatda sönməz mayakımız olub. Elə ata həyatda az tapılır. Artıq atam haqq dünyasına qovuşub. Bacım Aygün atamgilə yaxın binada yaşayır. Bütün günü onun  qulluğunda dururdu. İndi isə onun yoxluğuna dözə bilmir.  Onun “məni niyə tənha qoydun, ata “deyərək hönkürtü ilə ağlaması hər birimizin ürəyini qırırdı.  Qardaşı Rafiq Məmmədin  “qardaş, sənə ehtiyacım, məni tək qoyma” deyərək, hönkürtüsü  atamı həmişəlik itirdiyimiz reallığını daha ağrılı şıkildə bizə diqtə edirdi.  Əmim İstəkli qardaşını son mənzilə yola salırdı. Axı atamın  son günlərində səhərə qədər yatmayıb qardaşının qulluğunda durmuşdu, onun son arzuların, xırda istəyini belə   ürəyində qoymadı. Atam Nərgiz bibimin da istəkli qardaşı idi. Hər gün qardaşı ilə danışmasaydı rahat yata bilməzdi. “Mənim istəkli qardaşım bizi niyə yalqız qoydun axı,”  deyib dayanmadan ağlayırdı. Öz vətənində Masallının Boradigah qəsəbəsində dəfn olundu-Faiq müəllim. Azərbaycanın ən gözəl dilbər guşəsində Boradigah qəsəbəsində son mənzilinə yola salındı.. Hər gün ata evində(hazırda Rafik əmimgil yaşayır) onu xatırlamaq üçün insan axınının ardı arası kəsilmir. Çünki, o el-obasının hər bir övladına  dəstək olmuşdu, çətinliklərinə kömək olmuşdu.   Bu məclisə gələnlərin çoxunu tanımırıq. Onarın hamısı Faiq müəllimi çox sevənlər, yoxluğuna inanmayanlardı. Atamın yolunu davam etdirənlərin sayı çoxdu. Övladlarımız, əmi uşaqları, bibim oğlu İlham, Könül və başqaları... Onların hər biri atama layıq insan olmaq üçün vicdanla çalışır, öz yetirmələrinə atam kimi qayğı göstərirlər. 

 

PS.  Qara torpaq belə ziyalı, vətənin dəyərli övladlarına  yaraşmır. Təəssüf ki, belə misilsiz ziyalılar hazırda çox azdı. Qubada dil ədəbiyyat müəllimi,  Rayon Təhsil Şöbəsində fəaliyyət göstərən Seyfulla Məmmədov kimi, Faiq Məmmədov kimi ziyalılar neçə-neçə alimlər, həkimlər, mühəndislər yetişdiriblər. Çünki, onlar təkcə evin yox, elimizin ziyalısı, ağsaqqalı idilər. Allah rəhmər eləsin! 

Hüsniyyə Əlizadə