adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Sentyabr 2018 10:35
3985
HADİSƏ

4 yol-nəqliyyat hadisəsi, 102 cinayət faktı...


Sentyabrın 25-dən26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqındastatistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxiliişlər orqanları tərəfindən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onlarında 14-ü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdənbağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görəümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfərsaxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobilyollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarətalıb.

Daxili işlər orqanları əməkdaşlarınınhəyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəlifakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəlibilinən 21 nəfər saxlanılıb./aznews.az/