adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyul 2017 14:27
9221
MƏMLƏKƏT

38 ildən sonrakı görüş - FOTOLAR

Həmin gün hamımızhəyəcanlı idik. Eləbil ki, 1969-cu il idi. Biz Ağdamdakı 5 saylı orta məktəbin 1-ci sinifində, paratalararxasında əyləşmək üçün toplaşmışdıq. İçimizdə sabaha ümid və bir də böyük arzularsıralanmışdı. Amma 38 ildən sonra bir araya gələn o vaxtkı 26 şagirddən biri yoxidi. Qənaət Məmmədov 2007-ci ildə dünyasını dəyişib Haqqa qovuşmuşdu. Digərləriisə telefon vasitəsilə bir-birilə əlaqə saxladığından görüş yerinə vaxtında gəlmişdilər.Görüş yerimiz isə Şəhidlər Xiyabanı idi. buranı təsadüfən seçməmişdik. Burada bizimdoğmalarımız və bütövlükdə millətimizin ən ədyərli övladları uyuyurlar. Biz onların qarşısında baş əyməyə, onlara ehtiramımızı bildirməyətoplaşmışdıq.

Sırailə uyuyan şəhidlərin önündən keçirik. Və mənim yadıma sinif yoldaşımız Rafiq Hacıyevinqardaşı Əli düşür. O, Qarabağ müharibəsinin ilk şəhidi Əlidi. Bəxtiyarla birlikdə1988-ci ildə Əsgərana doğru yürüş edərkən şəhid oldu. Bu isə digər sinif yoldaşımızNəcibə Qasımovanın qardaşı həkim kimi döyüş bölgəsində vəzifə borcunu yerinə yetirərkənşəhid olmuş Muxtar Cahid oğludu. Ölümündən sonra ona Milli Qəhrəman adı verilib.Digər şəhid isə bizimlə bir sinifdə təhsil almış İradə Vəliyevanın qardaşı ƏyyubƏli oğludu. O da prokurorluğunmüstəntiqi kimi Qubadlıda şəhid olub. Burda Şəhidlər Xiyabanında uyuyur. AramızdaMilli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyialtında döyüş yolu keçmiş, yaralanmış Qarabağ müharibəsi veteranı Zülfiqar Qocayev də var. Həkim kimi, zabit kimi bu gün də xidmətdə olan Adil Eyvazov da. Elə məndə 1993-cü ildən 2000-ci ilə qədər Füzuli rayonundakı N saylı hərbi hisədə döyüş yolu keçmişəm. Tağımkomandiri olmuşam, yaralanmışam… Bütün bunları ona görə xatırladıram ki, Qarabağınürəyi sayılan, Ağdamda 5 saylı orta məktəbi bitirən uşaqların 38 ildən sonra biraraya gəlməsi heç də təsadüfi deyil. Yəni biz təkcə görüşmək üçün yox, həm də ürəyimizi,yaşadıqlarımızı, həyatımızda baş verənləri bölüşmək üçün, itirdiklərimizi xatırlamaqüçün bir araya gəlmişdik. Həmin gün şəhidlər Xiyabanında biz ağdamlı günləri yaddaşımızda,ruhumuzda yenidən yaşadıq, yenidən təzələdik. Və hətta mən Ağdamla bağlı bir şeirdə yazdım. Elə bu yazını «Ədalət» qəzetinə təqdim edəndə istədim ki, o şeir də qəzetdə yer alsın. Və oxucular bixim Ağdamsıznələr yaşadığımızı, bizim bir araya toplaşanda hansı hisslər keçirdiyimizi bir dahaduysun.

Bu gün hamımız10 il sinif nümayəndəmiz olan, daim bizi bir yerə yığan Aybəniz xanım Rüstəmovaya minnətdarlığımızıbildiririk.


BİZİM

Onda Ağdamda idikağ günümüz vardı bizim

Qopdu bir fırtına«ah» bağrımızı yardı bizim.

İyirmi altı ildik,bir də sinif rəhbərimiz.

Keçibdi bir qərinəsaçlarımız qardı bizim.

Sonuncu zəng çalınarkəngözümüz dolmuş idi

Axır heyhat gözümüzdəno yaşın ardı bizim.

Sübhan Allah o Ağdamımbir də bizi cəmləyəcək

Olacaqmı xudaya birdə ata yurdu bizim.

Şamila dərdə dözruh bədəndə olsa ləlik.

Dilimizdə bayatı,könlümüzdə «Şur»du bizim.


Şamil HƏMİDOV

Ağdam şəhər 5 saylı məktəbin məzunu