adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Mart 2018 11:48
14967
KRİMİNAL

3,5 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az-averilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də ümumi çəkisi 3,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aydın Qulamovdan 2 kiloqram 305 qram marixuana və 857 qram heroin, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Abduləzimovdan 433 qram marixuana götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.