"3+3" formatında növbəti görüş İrəvan və ya Bakıda baş tutmalıdır" - Kostanyan
"3+3" formatında növbəti görüş ya İrəvanda, ya da Bakıda baş tutmalıdır".
Adalet.az xəbər verir ki, bunu İranın İRNA agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
"Hesab edirəm ki, biz indi Ermənistan və Azərbaycan arasında münasibətlərdə yeni bir dövrə qədəm qoyuruq. Azərbaycanla əsas razılaşmalarımızdan biri ölkələrin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam qarşılıqlı hörmətlə regionda nəqliyyat marşrutlarının açılmasıdır. Praktikada bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı, o cümlədən Naxçıvan-Culfa xətti üçün yeni imkanlar açacaq ki, bu da İranın Ermənistana və son nəticədə Qara dənizə çıxışını təmin edəcək".
Xarici işlər nazirinin müavini Ermənistanın "3+3" formatı kimi regional mexanizmlərin gələcək roluna münasibəti ilə bağlı sualı da cavablandırıb.
"Biz inanırıq ki, 3+3 formatı regional layihələrin müzakirəsi üçün uyğun platforma yarada bilər. Nazirlərin son bəyanatına görə, növbəti görüş ya İrəvanda, ya da Bakıda baş tutmalıdır və biz Azərbaycan tərəfi ilə də ikitərəfli məsləhətləşmələr planlaşdırırıq", - Vahan Kostanyan bildirib.
Digər Xəbərlər
24 Oktyabr 2026 18:00
Etiraza qalxan 135 nəfər saxlanıldı - Fransada
24 Oktyabr 2026 17:32
Ukrayna bir milyona film çəkməyi planlaşdırır
24 Oktyabr 2026 17:05
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi
24 Oktyabr 2026 16:55
Kiyevdə partlayışlar olub
24 Oktyabr 2026 16:36
Fransadakı etirazlar turistləri qorxudur - KİV
24 Oktyabr 2026 15:54
Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib
24 Oktyabr 2026 14:21
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
24 Oktyabr 2026 14:16


Bakı -°C

