adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Oktyabr 2017 14:28
10861
GÜNDƏM

30 İLİN ZƏHMƏTİ 3 SAATA DƏYMƏDİ

İrəvan Dövlət Dram Teatrında baş verən olaylardan hamınınxəbəri var. Teatrda dava-dalaş düşmüşdü, belə davam etsəydi məsələni ATƏT-in Minskqrupuna çıxaracaqdılar, yaxşı qurtardıq.Mədəniyyət və Turizm Nazirliyi özü məsələniyoluna qoydu. Bizdə olan məlumata görə, teatrındirektoru İftixar Piriyevə şiddətli töhmətverildi.

Teatrın bir qrup tanınmış aktyorları da direktorun müəyyənhərəkətləri ilə bağlı Nazirliyə müraciət etmişdilər. Nazirliyin yoxlaması da həminmüraciətdən sonra olmuşdu.

Məlum müraciətə qol çəkənlərin biri də hamımızın yaxşı tanıdığımız tanınmış aktyorƏjdər Zeynalov idi. Onu da qeyd edək ki,Ə.Zeynalov sosial şəbəkədə teatrın direktorununfəaliyyətini tənqid edən status paylaşmışdı.

Son bir həftənin içində Əjdər Zeynalova bir xəbərdarlıq edilib, sonraşiddətli töhmət, ayın 2-də də işdən çıxarılıb.Səbəb də göstərilib ki, 3 saat işdə olmamısan,bir dəfə də yarım saat işə gecikmisən.

Əjdər Zeynalov30 ildi həmin teatrda fəaliyyət göstəribvə aparıcı rollar oynayıb. Deməli, aktyorun 30 illik fəaliyyəti, özü də teatrın o çətin vaxtlarındakı fəaliyyəti3 saata dəymədi. Və teatrın direktoru Əjdər Zeynalovdan müraciətə atdığıimzanın əvəzini belə çıxdı.

Söz Mədəniyyət və Turizm Nazirliyinindir.

Mövzuya qayıdacağıq.