"30 il çuval kimi o tərəf-bu tərəfə atıldıq" - Paşinyan
ATƏT-in Minsk Qrupu rəhbərləri 2014-cü ildən münaqişədədir, 2022-ci ildən isə bir-biri ilə müharibə vəziyyətindədir.
Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"İndi deyirlər ki, biz Ermənistanı geosiyasi rəqabət meydanına çeviririk. Bağışlayın, amma bu ATƏT-in Minsk Qrupu Ermənistan Respublikası ilə bağlı legitim geosiyasi rəqabət deyildisə, nə idi? Yəni siz elə bilirdiniz ki, Fransanın, ABŞ-nin, Rusiyanın, eləcə də Minsk qrupuna üzv ölkələrin maraqları üst-üstə düşür, onlar gəlib bunu edəcəklər. Onların elədikləri elə budur.
Bu məntiqdən çıxış etsək, əksinə, deyirik: bu o deməkdir ki, siz geosiyasət subyekti deyilsiniz, amma nə bilim, sizi zorla torbaya salıblar. 30 il çuval kimi atıldıq: əvvəl bir tərəfə, sonra digər tərəfə. Görmədinizmi ki, gəlib bura dedilər: bunu deyin, sonra gedib ATƏT-də başqa cür səs verdilər. Geosiyasi rəqabət deyilsə, bu nədir? Əksinə, biz "bircə dəqiqə, cənablar, ölkə var, hökumət var, xalq var deyərək" Ermənistanı bu rəqabətdən çıxarmaq istəyirik”, - deyə Nikol Paşinyan bildirib.
Digər Xəbərlər
13 Sentyabr 2026 18:03
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
13 Sentyabr 2026 16:46
Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq
13 Sentyabr 2026 16:41
Hakan Fidan Suriyaya getdi
13 Sentyabr 2026 16:40
Bu ölkə parçalana bilər
13 Sentyabr 2026 16:35
Naməlum dron səbəbindən hava limanı bağlandı
13 Sentyabr 2026 13:23
ABŞ müharibə etmək istəyirsə... - Pezeşkian
13 Sentyabr 2026 11:15
İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
13 Sentyabr 2026 11:06


Bakı -°C

