adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Iyul 2019 16:24
9741
GÜNDƏM

3 min qurbağa müsadirə edildi

Türkiyənin cənub-şərqindəki Adıyaman vilayətində polis 3 min diri qurbağa müsadirə edib.

Adalet.az-ın məlumatına görə, polis yolda şübhəli avtomobili saxlayıb.

Axtarış zamanı qurbağaların olduğu kisələr aşkar edilib. Məlum olub ki, həmin şəxslər qurbağaları hotellərə satmağa hazırlaşırmış.

Hadisə ilə əlaqədar dörd nəfər saxlanılıb, onlar 600 lirə məbləğində cərimələnib. Müsadirə olunan qurbağaların təbiətə buraxılacağı deyilir.