adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Aprel 2014 12:11
6101
MƏMLƏKƏT

3 həftədə 300 əlil avtomobil aldı - Foto

Adalet.az xəbər verir ki, aprelin 23-dəƏməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə dayanan Qarabağmüharibəsi və 20 Yanvar əlillərindən daha100 nəfərinə "Naz-Lifan” markalı minikavtomobilləri təqdim edilib. Bununla da son3 həftə ərzində minikavtomobili ilə təmin olunan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin sayı 300nəfərəçatıb.

Avtomobillərintəqdim olunması zamanı sosial cəhətdən həssas əhali qruplarının, o cümlədənəlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə təmin olunmasına göstərilənPrezident qayğısından söz açılıb. Yeni minik avtomobili alan Qarabağ müharibəsivə 20 Yanvar əlilləri onların maddi təminatının gücləndirilməsinə,reabilitasiya vasitələri ilə təminatına göstərilən diqqət və qayğıdanrazı qaldıqlarını vurğulayıblar. Çıxış edənlər qısa müddətdə minik avtomobiliilə təmin olunmaları üçün müvafiq Sərəncam imzalanmasını əlilliyi olaninsanlara Prezident qayğısının əyani ifadəsi olduğunu önə çəkərək, dövlətimizinrəhbərinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə vurğulanıb ki,indiyədək artıq 4106 nəfər əlilliyi olan şəxsə minik avtomobilləri verilib.Bildirilib ki, 01 yanvar 2014-cü il tarixədək növbəyə durmuş şəxslərinnazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş siyahı üzrəpulsuz xüsusi avtonəqliyyatla təmin edilməsi bundan sonra da davametdiriləcək və may ayının sonuna kimi daha375 nəfərəlilliyiolan şəxslərin minik avtomobilləri ilə təmin olunması planlaşdırılır. Eynizamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habeləhərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusiavtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər görüləcək.