25 nəfərin öldüyü dispanserin direktoru işdən çıxarıldı
Respublika Narkoloji Mərkəzin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov tutduğu vəzifəsindən azad edilib.
Adalet.az Trend-ə istinadən xəbər verir ki, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumatı təsdiqləyib.
O, bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.
Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.
Digər Xəbərlər
29 Aprel 2024 12:22
Növbəti köç karvanı Füzuliyə çatdı - YENİLƏNİB
29 Aprel 2024 12:18Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat
29 Aprel 2024 11:55Mart qırğınalrına susan, işğalçıya orden verən, cümhuriyyətçilərə qənimi Nəriman Nərimanov
29 Aprel 2024 11:20Arutyunyan hansı sirləri açıb?
29 Aprel 2024 11:04