2025-in ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB
2025-ci ilin ilk Günəş tutulması başa çatıb.
Adalet.az xəbər verir ki, tutulma hadisəsi bu gün Bakı vaxtı ilə saat 12:50:35-də başlayıb və 16:43:25-də sona çatıb.
Qeyd edək ki, tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.
Təbiət hadisəsi Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanın əhatə edib.
***
12:56
Martın 29-da bu ilin ilk Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Adalet.az-a verilən məlumata görə, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalından, Avropadan, Şimal-Qərbi Afrikadan və Atlantik okeanından görünür.
Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmur.
Bu, adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.
Digər Xəbərlər
27 Sentyabr 2026 12:30
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28


Bakı -°C

