adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Dekabr 2019 13:52
73322
MƏMLƏKƏT

2020-ci ilin arzuları: Mən istəyirəm ki... - SORĞU

2020-ci il artıq qapıdadır!Dünyanın, eləcə də, Azərbaycanın gündəmini rəngarəng edən kədərli,sevincli, qarmaqarışıq, məhsuldar, birsözlə, maraqlı hadisələrlə dolu olan2019-cu illə vidalaşırıq! İnsanların ilk ağıllarına gələn yeni ildən gözləntiləridir. Qarşılarında tambir il var. Bu bir ildə soydaşlarımızhansı arzularının həyata keçməsini arzulayırlar? Onlardan bir qrupu iləsöhbətləşdik. Oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb həmin arzularısizə təqdim edirik:

Hərbi jurnalist Roza Əliqızı sorğumuza ilk cavab verənlərdən oldu: " Mən dövlətimin də, ordumuzunda gücünə inanıram! Qüdrətli olduğumuzu dəfələrlə həm iqtisadi, həm siyasibaxımdan sübut eləmişik. Ürəyimdə böyük ümidlərim var! İnanıram ki, doğmaQubadlımı, Qarabağımı dövlətim-ordum bu il mənə hədiyyə edəcək! Bilirsiniz, qışda dağlarımıza,bağlarımızı, lap elə həyətimizə yağan qarlar necə möhtəşəm görünürdü...? Balacavaxtı qardan başını ağacların altından keçərək sevinclə qar yağışına tutulmaq,dərələrdən- təpələrdən sürüşmək, məktəbin həyətində qar topu oynamaq, sonrapörtmüş-qızarmış halda sinfə girib dərsin yarıdan keçdiyini görmək qışda ənsevimli əyləncəmiz olardı. O günlər üçün elə darıxmışam ki...”

MüəlliməÜlviyyə Fətəliyeva buil Azərbaycanın, həm də dünyanın ali təhsil ocaqlarında oxumaq hüququ qazanan tələbələrləfəxr etdiyini söylədi:” Bu ilin, məncə ən gözəl hadisəsi ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhurtelejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil ediləngörüş zamanı azərbaycanlı Arzu Məmmədovanın jurnalistə sualı oldu. Pozneri məntiqli sualı iləsusdurdu. Çox fərəhləndim, Moskva DövlətUniversitetinin Bakı filialını qırmızı diplomla bitirən Arzu ingilis, ispan,rus və bir çox dilləri bilir. Ağıllıdır, savadı isə göz qabağındadır.Hazırda San Fransiskoda Lokalizasiyaların idarə edilməsi üzrə təhsilinidavam etdirir. İkinci sevincim isə Qarabağ döyüşçüsü İlyasHüseynovun qızı Nigarın HarvardUniversitetinə qəbul olunması daha bir böyük sevinc yaşamağımıza səbəb oldu.Bir müəllim kimi arzu edirəm ki, bütün tələbələrimizinyeni ildə yeni uğurlarına halılıqla sevinək!

RegionalGender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova onu ən çox narahat edənproblemdən söhbət açdı : " Ailə cəmiyyətimizinmüqəddəs təməlidir. Tam ailə isə uşaqların qoruyucusu, xoşbəxt gələcəyi deməkdi.Hər il şahidi oluruq ki, ailələr dağılır, uşaqlar həyatına psixoloji travmalar dəyir. Ata ananı ittihamedir, ana atanı... olan isə uşaqlara olur.Təhsildən yayınırlar, pis vərdişliinsanlarla təmasa keçirlər, yaşlarınauyğun olmayan həyata atılırlar... və bu həmin uşağın gələcəyini təhlükə altınaatır. 2020-ci ildən ən böyük arzum ailələrin dağılmasının qarşısı alınsın. Cəmiyyətinproblemli ailələrə diqqəti artsın, qohumlar-qonşular bir uşağın taleyinə özbalasının taleyi qədər narahat olsunlar. Əlbətdə, burda ictimai qınaqda olmalıdır. Bir sözlə, çalışaq ailələrindağılmasının qarşısını alaq!”

Bayram bazarlığı edib, dolu çantalarla marketdənçıxan qadına yaxınlaşırıq. Özünü Səidə Vəliyeva kimi təqdimedir.Bayram süfrəsi üçün nələr aldığınısoruşuruq. Amma cavab bir az incik şəkildə gəlir:”Vallah gəlmişdim həm bayram bazarlığı edəm, həm gündəlik ehtiyacımız olan ərzaqlarıalam. Qənd . çay, toyuq, ət, düyü, yağ, smetan, yaşıl noxud, pendir,konfet ala bildim. Arzu edirəm, tibb işçilərinin maaşları qalxsın, pulumuz coxolsun.”.

ElçinAslanov və bir neçə gəncimizlədə söhbətimizdə gündəlik yaşayışımızmüzakirə olundu. Elçun daimi iş yerlərinin artırılmasını, yüksək maaşlatəmin olunmaqları arzusunu dilə gəridi:"Ehtiyaclar çoxdu. Çox istərdim ki, yeni ildə gənclərin daimi iş yerləriilə təmin olunması əsas gündəm olsun”.

Bizdə fürsətdənistifadə edib xalqımızın yeni ilini təbrik edir, bütün sahələrdə olançatışmamazlıq və neqativlərin aradan qalxmasını, xalqımızın –dövlətimizin həmrəyolmasını, güclənməsini, hər zaman nəinki Qafqazda, hətta bütün dünyada güclü tərəf kimi söz sahibi olmasını arzuedirik!

Əntiqə Rəşid