adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Dekabr 2016 14:37
54935
MÜSAHİBƏ

“2016-cı ildəki uğurlarımız prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir”

Başavurmaqda olduğumuz 2016-cı il bir sıra müsbət və mənfi məqamları ilə yaddaqaldı. Dünyada, xüsusilə də, Yaxın Şərqdə geniş vüsət alan dini radikalizm,terror hadisələri, siyasi təlatümlər, yüz minlərlə insanın həlak olması,milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşməsi tarixə həkk olundu. Eləcədə, neftin qiymətində müşahidə olunan qalxıb-enmələr, ayrı-ayrı ölkələrinvalyutalarının dəyərdən düşməsi dünya iqtisadiyyatına ciddi təsir göstərdi.

Ötənilin yekunları və 2017-ci ildən gözləntilərlə bağlı Prezident Yanında QHT-lərəDövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzininrəhbəri Rufiz Qonaqov suallarımızı cavablandırıb.

-Rufiz müəllim, 2016-cı ilə ötəri nəzərsaldıqda daha çox hansı siyasi prosesləri, hadisələri xüsusi qabartmaq olar? Vəbu hadisələr başa vurmaqda olduğumuz ilin siyasi mənzərəsinə hansı çalarlarqatdı?

-Hələ2015-ci ilin yekunları ilə bağlı dəyərləndirmə apararkən qarşıdan gələn ilin gərginkeçəcəyi proqnozlaşdırılırdı. Aparılan təhlillərəsasında yaranan gözləntilər 2016-cı ildə sülh və əmin-amanlığın təmin edilməsindəciddi problemlərin yaşanılacağından xəbər verirdi. Başa vurmaqda olduğumuz buildə dünyada və regionda siyasi-iqtisadivə hərbi böhranın daha da dərinləşdi, qanlı toqquşmalar artan xətt üzrə davametdi. Yaxın Şərqdə - Suriya, İraq, Yəmən və digər qonşu ölkələrdə baş verən hərbiqarşıdurmalar və bunun nəticəsi olaraq meydana çıxan hümanitar böhran, qaçqınproblemi qlobal xarakter aldı.Qaçqınların üz tutduğu Avropada irqçilik, İslamofobiyameyilləri gücləndi, sivilizasiyalararası gərginlik artdı.Türkiyə-Rusiya münasibətlərindəyaşanan gərginlik nisbətən aradan qalxsa da, dekabrın 19-da Ankarada səfirAndrey Karlovun qətlə yetirilməsi hər iki ölkə üçün arzuolunmaz bir hadisəoldu.Bu hadisə növbəti dəfə Türkiyə-Rusiyamünasibətlərinə xələl gətirmək məqsədi daşıyırdı.Türkiyəni təkləmək, ölkədəki vəziyyətigərginləşdirmək, diplomatlar arasında vahimə yaratmaq, dövlətin imicinə zərbəvurmaq terrorçuların əsas məqsədi olub.Amma iki ölkənin bu hadisəni birmənalı şəkildəpisləməsi, birgə təhqiqatın aparılması münasibətləri korlamaq istəyən qüvvələrinarzularını gözlərində qoydu.

Təəssüf ki, 2016-cı il bizə qardaş ölkəolan Türkiyə üçün xoşagəlməz hadisələrlədolu oldu. 15 iyulda terrorçu Fətullah Gülən şəbəkəsinin hərbi çevriliş cəhdi, PKK-nın fəallaşması,Türkiyənin bir neçə şəhərində terror hadisələrinin törədilməsi və yüzlərləgünahsız insanın öldürülməsini təəssüf hissilə qeyd etməliyəm.

2016-cıildəki siyasi proseslərə nəzər saldıqda ABŞ-Rusiya, Avropa-Rusiya münasibətlərindəsoyuqluğun daha da artdığını, Rusiyaya qarşı sanksiyaların daha da genişləndirildiyinivə nəticədə sonuncu ölkədə ciddi iqtisadi geriləmənin, maliyyə problemlərininyaşandığını görmək mümkündür. ABŞ-dakeçirilən prezident seçkiləri, Respublikaçılar Partiyasının namizədi, iş adamıkimi məşhur olan, qeyri-adi vədlərilə gündəm yaradan Donald Trampın prezidentseçilməsini də mühüm siyasi hadisə kimi qeyd etmək olar. Siyasi çaxnaşmaların,oyunların nəticəsi olaraq dünya bazarında neftin qiymətinin düşməsi əsas gəliri"qara qızıl”dan olan ölkələrin iqtisadiyyatına ciddi mənfi təsir göstərdi.Azərbaycanda neftin qiymətinin süni qaydada aşağı salınmasından müəyyən qədər zərər çəkənölkələrdəndir.Buna baxmayaraq, ölkə rəhbərliyinin çevik siyasəti, iqtisadiislahatları nəticəsində biz bu böhrandan çıxa bildik və iqtisadi-inkişaftempini qoruduq.


- 2016-cı ili Azərbaycanın siyasi vəiqtisadi həyatı üçün necə dəyərləndirərdiniz?

-Bu müddət ərzində Azərbaycanda siyasi sabitlik, sağlam iqtisadi mühüt qorunubsaxlanıldı, dövlət idarəçiliyində islahatlar aparıldı. Dünyada cərəyan edən ictimai-siyasigərginlik, iqtisadi böhran, hümanitar fəlakət fonunda Azərbaycandakı sabitlik,inkişaf, tolerantlıq bizə deməyə imkan verir ki, 2016-cı il ölkəmiz üçün düşərliolub. İl ərzində ölkəmizin beynəlxalq arenada dostlarının sayı artdı, mövqelərimizdaha da möhkəmləndi. Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahiblik edən ölkəmizbu sahədə xüsusi təcrübə əldə edib. İl ərzində Bakıda BMT -ninSivilizasiyalararası Dialoq Forumu , 5-ci Bakı Humanitar Forumu və s. dünya əhəmiyyətlitədbirlər keçirildi. Qonaqlar ölkəmizdə tolerant və multikultural mühütün əyani şahidi oldular. Sentyabrda AzərbaycanınKonstitusiyasına edilən dəyişiklikləri də uğurlu hadisə adlandırmaq olar.Referendumda Azərbaycan vətəndaşları yüksək aktivlik göstərərək cənab Prezdentintəqdim etdiyi təkliflərə "hə" dedi. Referendum Azərbaycanın gələcəkinkişafı üçün əhəmiyyətli hadisə oldu.


2016-cıildə Azərbaycan regionda sabitləşdirici rol oynayan, risklərin azaldılması üçünçalışan ölkə olduğunu bir daha sübut etdi.

İqtisadiməsələlərə gəldikdə isə yuxarıda qeyd etdiyim kimi, neftin qiymətinin düşməsininvə manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə təsirsiz ötüşmədi. Düşünürəm ki, neftin qiymətininazalması iqtisadi yox, siyasi amillərlə bağlıdır.2016-cı ildə qeyri-neftsektorunun inkişafı prioritet oldu.Neftdən asılılığın minimuma endirilməsi iləbağlı tədbirlər görüldü.İnformasiya-kommunikasiya texnologiyaları, turizm və nəqliyyatsektorunun inkişafı diqqət mərkəzində saxlanıldı.Bank sektorunda, milli təhlükəsizliksistemində köklü islahatlar aparıldı.


-2016-cı il Dağlıq Qarabağ münaqişəsinin həllibaxımından hansı hadisələrlə yadda qaldı?

-DağlıqQarabağ münaqişəsinin həlli istiqamərində görülən işlərdən danışarkən bu ilinaprel ayında cəbhə bölgəsində 4 günlük hərbi əməliyyatlar zamanı əldə etdiyimizuğurlar xüsusi vurğulanmalıdır.Həmin döyüşlər Azərbaycanda hərbi-vətənəpərvərlikruhunu yüksəltdi.Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı rəsmi Bakınınprinsipial mövqeyi bu ildə qəti şəkildə ortaya qoydu.Artıq beynəlxalq güclərmünaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini etirafetmək məcburiyyətində qalıblar.

Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda ciddiirəliləyiş əldə olunmasa da, Ermənistanın işğalçı, sülh istəməyən ölkə olduğubir daha dünyaya çatdırıldı.

Ermənistanstatus-kvonu mümkün olduğu qədər uzatmağa çalışır, işğal olunmuş torpaqlardan çəkilməkniyyətində deyil.Ermənistan hesab edir ki, danışıqları istədiyi vaxta qədəruzada bilər.Azərbaycan isə münaqişənin qısa müddətdə həllini istəyir.ATƏT-inMinsk Qrupunun həmsədrləri bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmirlər.Azərbaycanınmövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.


-Necə düşünürsünüz, dünyada iqtisadi,hümanitar böhran, siyasi çalxalanmalar, hərbi qarşıdurmalar getdiyi bir vaxtdaAzərbaycanın bu proseslərdən az zərərlə çıxmasının əsas səbəbləri nə iləbağlıdır?

-Əsası ümummilli lideri Heydər Əliyev tərəfindənqoyulan siyasi kurs bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla həyatakeçirilir. Yuxarıda sadaladığım uğurlar birbaşa cənab Prezidentin yürütdüyürasional siyasətin nəticəsidir. Həm siyasi, iqtisadi, sosial, həm də hərbiuğurlarımızın arxasında düşünülmüş dövlət strategiyası, proqramlar durur.Hazırda Azərbaycanda yeni islahatlar dalğası başlayıb. Prezident İlham Əliyevin təşəbbüsü vəbilavasitə rəhbərliyi altında güclü islahatlar konsepsiyası hazırlanıb. Buislahatlar Azərbaycanın dayanıqlı inkişafının məntiqi davamıdır. Prezidentİlham Əliyevin "Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir” tezisi özündəçox böyük konsepsiyanı ehtiva edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyiki, Azərbaycan heç bir ölkədən yardım istəmir: "Biz borc alan ölkədən borcverən ölkəyə çevrilmişik. Bizim maliyyəvəziyyətimiz kifayət qədər möhkəmdir.Ölkəmizdə heç bir çətin vəziyyətyoxdur.Bizim maliyyə göstəricilərimiz dünya miqyasında ən yüksək səviyyədədir –istər xarici borc olsun, istər valyuta ehtiyatları, istərsə də iqtisadi inkişafolsun.Azərbaycan inamla inkişaf edir.Bizim iqtisadi inkişafımız son illər ərzindədünya miqyasında ən sürətli idi.Görüləcək işlər və aparılacaq dərin islahatlarnəticəsində biz tamamilə neft amilindən asılılığı kənara qoyacağıq".Əvvəlki mərhələdəbaşlıca resurs kimi neft strategiyası götürülürdüsə bu gün iqtisadivektorlar fərqli amillərə yönəldilir.İqtisadiyyatın şaxələndirilməsi prioritet vəzifə kimi qarşıya qoyulub. Hesabedirəm ki, əvvəlki illərdə olduğu kimi,qarşıdakı mərhələdə də AzərbaycanPrezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyətindən irəli gələrəkdinamik inkişaf tempini saxlayacaqdır

-2017-ci illə bağlı gözləntiləriniz nədənibarətdir?

-Hesabedirəm ki, cənab Prezidentin müəyyən etdiyi siyasi-iqtisadi kurs gələ il də uğurla davam etdiriləcək. Azərbaycanhərbi imkanlarını arıtırır.Orduda islahatlar aparılır, müasir silah-sursatlaralınır.Özümüz də yüksək standartlara cavab verən silahlar istehsal edirik.Bütünbunlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlib.Qanunvericilikdə həyatakeçirilmiş dəyişikliklər, Cənab prezidentin təsdiq etdiyi Strateji İqtisadi YolXəritələrinin həyata keçirilməyə başlanması ölkədə biznes mühitinin yaxşılaşmasınavə özəl sektorun inkişafına səbəb olacaq. Bir çox iqtisadçı ekspertlər hesabedirlər ki, 2017-ci il ölkə iqtisadiyyatında dönüş ili olacaq və gələcəkinkişafımızın yeni əsasları formalaşacaqdır. Hesab edirəm ki, siyasi islahatlarda gələn il uğurla davam etdiriləcək. Dünyada sülh və əmin-amanlığın təminolunmasına çalışan Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək. Düşünürəmki, gələn il ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf tempi qorunubsaxlanacaq.