2012-ci ildən bərpa olunacağı, 2040-cı ilə qurulacağı deyilən BAKI TRAMVAYI 100 YAŞINDA

Bu gün Bakıda tramvayların fəaliyyətə başlamasından 100 il keçir.
Adalet.az xəbər verir ki, 1924-cü il fevralın 8-də Bakıda elektrik-tramvay yolu istifadəyə verildi. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı. Bakı tramvayı 2000-ci illərin əvvəllərində daha dəqiq 2004-cü ildə tarixə çevrildi.
2012-ci ilin fevral ayında Azərbaycan hökuməti, Bakıda tramvay xəttinin bərpa ediləcəyini açıqlayıb. "Ağ Şəhər" layihəsi reallaşdıqdan sonra tramvay xətti bərpa ediləcək. Belə ki, layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir .Hətta 2019-cu ildə nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, Bakıda tramvay xətlərinin çəkilməsi tıxacların yüngülləşməsinə səbəb olacaq: “Fikrimcə, Bakıda nəqliyyatın şaxələnməsi olacaq. Ona görə, tramvay və trolleybus xətləri aktuallaşa bilər. Trolleybusların yenidən nəqliyyata qayıtması inandırıcı olmasa da, tramvayların çəkilməsi mümkündür”.
Qeyd edək ki, bu ilin əvvəlində yayılan məlumata görə, tramvay xərləri Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış planın görüntüləri də yayılmağa başlayıb. Məlumatda o da deyilir ki, 54 kilometrlik tramvay xətti çəkiləcək və Bakı Metropoliteninin stansiyalarının sayı 47-yə çatdırılacaq.
P.S. Yeri gəlmişkən, ötən ilin 8 iyulunda İrəvan küçələrində tralleybuslar fəaliyyətə başlayıb.
Əntiqə Rəşid
Digər Xəbərlər

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Metrodakı problem aradan qaldırıldı - YENİLƏNİB

"TDT təkcə regional bir təşkilat deyil, strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir"

Leyla və Arzu Əliyevalar Naxçıvanda - FOTOLAR

Aİ-nin Ermənistandakı müşahidəçiləri Zəngilanla sərhəddə - VİDEO

Bu yollar bağlanacaq - Sürücülərin nəzərinə

Azərbaycan və Türkiyəni birləşdirən 3 may ideyaları: Türkçülük - Turançılıq
