13 Avqust 2025 15:19
206
MƏMLƏKƏT

200 zəvvar "şeytan daşlamaq"a gedirmiş,  "Şeytan" onları Tbilisidə azdırıb qaçıb

Qarışmış dünyamızda müqəddəs ayinləri yerinə yetirməyi özünə borc bilən mömünlər ölümlərini gözlərinin qarşısına alıb yola çıxıblar. Amma başlarına gələn xəta-bəlaları əvvəlcədən bilsəydilər heç yola çıxmazdılar. Çünki əminəm ki, onların böyük əksəriyyətində qəlbən etiqad , inam yoxdu. Onlar əsl müsəlman olsaydılar, evlərindən, şəhərlərindən vurub Ərəbistan çöllərinə düşməzdilər. Əllərindəki, ziyarət üçün yığdıqları pulu qonşusundakı, şəhərindəki xəstələrə, əlillərə, imkansızlara sərf edərdilər.


Demək ki, bunlar hələ də anlamırlar ki, Allah uzaq Ərəbistan düzlərində yox, şah damarlarından da yaxın bir yerdədi. Onlar anlamır ki, illərlə ziyarət üçün yığdıqları pulu, qiyməti dollarlarla ölçülən "şeytana adılan adi daş"ı monopolyasına almış ərəb şeyxinə verməkdənsə, bir balası xəstə ailəyə xərcləmək yerdən -göyə qədər savabdır, xeyirxahlıqdır, Allahın imtahanında, elin gözündə başucalığıdır.

Bu ay müsəlman zəvvarların başına gələnləri mən deyim , siz dinləyin!


Deməli, İraqda sutəmizləyici stansiyada baş verən xlor sızması nəticəsində 600-dən çox zəvvar zəhərlənib. Hadisə Nəcəf və Kərbəla şəhərləri arasında baş verib. Belə ki, Kərbəlaya gedərkən 621 zəvvarda asfiksiya (tənəffüs çətinliyi) qeydə alınıb.


Bundan başqa!

İranlı ziyarətçiləri daşyan avtobus İraqın Bəsrə-Şələmçə yolunda qəzaya düşüb. Hadisə nəticəsində 4 nəfər həlak olub, 57 nəfər yaralanıb. Yaralıların bir neçəsinin vəziyyətinin ağr olduğuna görə, ölü sayının artacağı gözlənilir.


Ən əsası!


Kərbəla ziyarətinə gedən azərbaycanlı zəvvarları aldadıb Tiflisdə yarıyolda qoyublar. Deməli, 200-ə yaxın şəxsin hər biri tur rəhbəri olan Rasim Şahbazov adlı şəxsə Kərbəla ziyarətinə getmək üçün 600 dollardan artıq pul ödəyib. Rasim Şahbazov gözünə döndüyüm də, zəvvarları Gürcüstanın Tiflis şəhərinə göndərdikdən sonra özünün də onların arxasınca gələcəyini bildib, sonra da ilim-ayaq itib. 200 nəfərdən qatdadığı pulları mənimsəyəndən sonra hansı səy orda durar?.

Zərərçəkən zəvvarlar deyirlər ki, tur rəhbəri onlara geridönüş biletləri də almayıb. Onlar da öz üzərlərində əlavə pul götürmədiklərindən bilet alıb geri dönə bilmirlər.
Məncə, zəvvarları "qazlayıb" sonra aradan çıxan Rasim Şahbazovu mükafatlandırmaq lazımdı. Yanındakı ehtiyaclıları qoyub 600 dolları Rasimə peşkəş verənlər, gələcəkdə ziyarətə getmək istəyənlərin gözünü açmış oldular.

 Amma yox, müsəlmanın gözü 1500 ildir açılmayıbsa, heç indi də açılmayacaq. Ötən ilin bu vaxtı Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istidən ən azı 550 zəvvar öldü. Dərs aldılar? Yox!

Son olaraq: Düşünürəm ki, Allah heç özü də istəməyib ki, Tbilisidə naəlac qalan 200 zəvvar gəlib "müqəddəs torpaqlar"a ayaq bassın!
Elə zəhərlənən 621 nəfərin də, yaralanan 57 nəfərin də, ölən 4 nəfərin də ziyarəti qəbul deyilmiş..

 Əntiqə Rəşid