adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Yanvar 2019 15:07
7491
MƏMLƏKƏT

20 Yanvar hüzn və qəhrəmanlıq tarixidir

Bakı şəhər BaşPolis İdarəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb. Yanvarın17-də keçirilən mərasim Azərbaycanın müstəqilliyi və suverenliyi uğrundacanlarından keçən qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiləbaşlayıb.

Tədbiri girişsözü ilə Bakı şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənovaçıb və bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıquğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı, ancaqxalqın iradəsi buna imkan vermədi.

Daha sonra Azərbaycanxalqına qarşı xüsusi amansızlıqla törədilən faciənin tarixi səbəbləri və onundoğurduğu nəticələr barədə Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi,polis polkovniki Əli Vəliyev geniş məruzə ilə çıxış edib.

Qeyd edilib ki,iyirmi doqquz il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə döyüş meydanınıxatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədildi, televiziyanın enerji blokupartladıldı, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyanvuruldu. İnsanlıq simasını itirmiş hərbi canilər yaralıları çıxaran təcilitibbi yardım maşınlarını belə atəşə tuturdular. Nəticədə Bakıda vərespublikanın rayonlarında 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfərqanunsuz olaraq həbs edildi.


Tədbiriştirakçılarının diqqətinə çatdırlıb ki, insanlığa qarşı ən böyük cinayətlərdənbiri olan 20 Yanvar qırğınını nə qədər böyük ağrı hissi ilə xatırlasaq da,xalqımızın azadlıq uğrunda mübarizə əzminin yenilməzliyindən böyük qürur hissidə keçiririk. Çünki 20 Yanvar hadisələri ayrı-ayrı insanların deyil, bütöv birxalqın taleyidir. Azərbaycanın müstəqilliyini bərpa etməsi şəhidlərin qanınınyerdə qalmadığını göstərdi. Ümidsiz qaldığımız o ağır günlərdə imperiyanınpaytaxtından eşidilən bir səs qəlblərdə azadlıq eşqini coşdurdu, işıqlısabahımıza ümidlərimizi artırdı. Bu, ulu öndər Heydər Əliyevin səsi idi. Səhhətindəkiproblemlərə, ona qarşı təhlükələrə baxmayaraq, Heydər Əliyev bir daha xalqınınimdadına yetişdi, səsinə səs verdi. Faciənin səhəri günü - yanvarın 21-dəümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinəgedib öz etiraz səsini ucaltdı, hadisəyə siyasi-hüquqi qiymət verilməsi də məhzulu öndərin yenidən hakimiyyətə qayıdışı dövründə mümkün oldu.

Sonda Bakı şəhərBPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov yanvar qırğınınınşahidi kimi ölkədə yaşanan ağır günləri xatırladıb, o günlərin xalqımızıntarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayacağını bildirib.

Şamxal ŞƏBİYEV