adalet.az header logo
  • Bakı -°C
15 Dekabr 2025 10:32
73
DÜNYA
A- A+

20 bəndlik sülh planı bu gün də müzakirə ediləcək

Dekabrın 14-də Berlində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar beş saatdan çox davam edib. Danışıqlar dekabrın 15-i səhər davam edəcək.

Adalet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb. 

Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkov və Trampın kürəkəni Cared Kuşner iştirak edib. Görüşə Almaniya kansleri Fridrix Merz və Avropadakı Müttəfiq Qüvvələrinin komandanı, ABŞ generalı Aleksus Qrinkeviç də qatılıb. Tərəflər 20 maddəlik sülh planının məzmununu müzakirə ediblər.

Danışıqlardan sonra Stiv Uitkov əhəmiyyətli irəliləyiş olduğunu açıqlayıb: "Nümayəndələr 20 bəndlik sülh planı, iqtisadi məsələlər və digər mövzular üzrə ətraflı müzakirələr aparıblar. Əhəmiyyətli irəliləyiş əldə edilib və onlar sabah səhər yenidən görüşəcəklər".