2 fevral Azərbaycan Gəncləri Günüdür - TƏBRİK

Bu gün , yəni 2 fevralal tarixi 1997-ci ildən Azərbaycan Gənclərinə Ulu öndərin böyük diqqətinin göstəricisidir! Məhz həmin tarixdən ölkə gəncləri 2 FEVRALI bayram kimi qeyd edirlər.
Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, gəncliyə münasibətdə də bir çox ölkələri qabaqladı. Və məhz bundan sonra , yəni 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.
Heydər Əliyevin rəhbərliyi dövründə gəncliyə və gənclərə olan etimadı bu gün də uğurla davam etdirilir. Belə ki, Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur.
"Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident İlham Əliyev gənclərin həm də Vətənin ən dəyərli kapitalı, xilaskarı olduğunu da xüsusi qeyd edib.Hamımız Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının canlı şahidi olduq.
Bu gün Bayramlarını qeyd edən gənclərimiz öz bilik və bacarıqları ilə də layiqli varis olduqlarını sübut ediblər və hər gün də bu yolu uğurlarla zənbginləşdirirlər! Ona görə də biz Gənclərimizlə fəxr edirik! Və ümid dolu sabahlarımız olan gənclərə üz tutub deyirik:
- Əziz gənclər, bayramınız mübarək!
Hörmətlə: Millət vəkili Aqil Abbas
və “Ədalət” qəzetinin kollektivi
Digər Xəbərlər

Misir Mərdanov və Mirşahinə qarşı sui-qəsd hazırlanıbmış - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Suqovuşan belə qurulur - VİDEO

Qazaxın işğal altındakı kəndlərinin son görüntüləri - VİDEO

"Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək" - Mübariz Qurbanlı

"Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir" - Muxtar Babayev

Naxçıvanda dekabr ayının pensiyaları ödənildi
