adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Sentyabr 2022 18:07
1626
MƏMLƏKƏT

19 yaşlı İradənin hekayəsi: "Axına qapılmamaq " uğrunda mübarizə...

Xeyli müddət əvvəl gənc bir xanım mesencerimə mənə müraciət etdi, kömək istədiyini birdirdi.

Dedi ki, adı İradədir: “Böyük bir problemlə üz-üzə qalmışam. Həyatımın ən gözəl bir zamanıdır, dostlarım, rəfiqələrim ilə bir yerdə olmaq, onlarla deyib-gülmək, vaxt keçirmək istəyirəm! Amma bütün günlərimi qapalı bir otaqda daş divarlara baxmaqla keçirirəm. Anam məni Bakıda yaşadığım Sabunçu rayonunda tək qoyub xaricə ağır xəstəliyini müalicə etmək üçün getdi. Atamla birlikdə. İlk günlər mənim üçün çətin olsa da, tək başıma ayaqda qalmağa çalışırdım. Belə davam etsəydim problemim olmayacadı.Amma problemlər gəldim deməz! Gəlir!


Atamın və anamın anaları mənə sahib çıxmaq üçün uğrumda mübarizə atıldılar, indi də bir-biri ilə münaqişədədir. Atamın anası olan nənəm “mənə uyğun ər” tapıb, anamın anası isə başqa birini. Hər iki nənəm istəyir ki, məni heç istəmədiyim biri ilə ailə qurum, kim olur olsun, fərqi yoxdu. Təki mən ərə gedim, yaşlı və xəstə nənələrim üzərlərindəki, “nəvə məsuliyyəti”ndən qurtulsunlar.


Digər yandan isə iki başqa –başqa oğlan mənə eşq elan etdilər. Razı olmadım. Onlar da sanki yeraltı dünyasının cinayətkarlarıymış kimi məni zorla qaçırtmaq, ölümlə hədələmək, təhdid və şantaj etməklə günümü qara ediblər. Bilmirəm başıma nə çarə edim. Hətta polisə verməyə də qorxuram. Çünki onlar mənonları polisə şikayət edəcəyim halda məni öldürəcəklərini deyirdilər. Çox xahiş edirəm, mənə bir yol göstərin.
İradə  Taleh qızı Məmmədova
Bakı şəhəri Sabunçu rayonu”


Yazışmamız zamanı nə qədər çalışsam da,   polisdən başqa onu heç kəsin bu problemdən qurtara bilməyəcəyinə inandıra bilmədim. Yazıq qızın gözünü elə qorxutmuşdular ki..."Yox, məni hədələyənlər mənə zərər verərlər" -deyib dururdu. 

Sonra bir müddət yazışmadıq.


Bu gün İradənin yaxın qohumu ilə əlaqə saxladım. İradəni soruşdum. Dedi ki, Bakıdakı qohum -əqrəbanın köməkliyi ilə hazırda İradə bir çox çətinliklərdən sonra ata-anasının yanına getməli olub. Artıq 1 aydır, İradə Almaniyadadır.

19 yaşlı bir qızın kiçik , amma düşündürücü bir hekayəsidir bu... Bəlkə də yüzlərlə İradə kimi gənclər müstəqil həyata ilk dəfə qədəm basanda çox belə problemlə üzləşir. Çox İradələrimiz ya axına qapılıb gedir, pis alışqanlığı, vərdişi  olan insanlarla həyatı cəhənnəmə dönür, ya narkoman olur, ya tez ailə qurub, erkən də  boşanırlar. Sonra daha mürəkkəb problemlər başlayır , qarşılarına çıxan hər kəsə inanmaq zorunda qalırlar və əldən ələ keçib,həyatın bataqlığında məhv olurlar!

Amma nə yaxşı ki, İradə kimi İradəli qızlar da var. Tutduğu, doğru bildiyi yoldan dönməyən! SOS siqnalını durmadan çaldı və hamı ona köməyə yüyürdü. Nə yaxşı ki, İradə doğmalarına qovuşdu. Nə yaxşı ki...

 Əntiqə Rəşid