“Nəticədə ən yaxşı ixtisaslara ən yaxşı əzbərləyənlər daxil olur...”
“Bu günki, imtahanlar "yaddaş müsabiqəsi"dir. DİM imtahanlarından sonra hər il eyni müzakirə yaranır ki, suallar çox çətin olub. Bu narazılıqlarda müəyyən həqiqət payı ola bilər. Amma məsələ budur ki, suallar çətin də olsa, asan da olsa nəticə dəyişməyəcək. Bütün hallarda imtahan verənlərin içindən qəbul yerlərinin sayı bitənə qədər ən güclülər seçilir. Güclü abituriyent isə həm çətin sualda güclüdür, həm də asan sualda”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, imtahan sisteminin məqsədi isə məhz bu fərqi ortaya çıxarmaqdır:
“Amma məsələnin başqa, daha əsas tərəfi var.Əslində problem sualın çətin və ya asan olması deyil. Problem imtahanların mahiyyətindədir. Bugünkü qəbul sistemi böyük ölçüdə yaddaş və əzbər üzərində qurulub. Nəticədə ən yaxşı ixtisaslara ən yaxşı əzbərləyənlər daxil olur. Kim daha çox məlumatı yadda saxlayırsa, o daha yüksək bal toplayır. Kim daha güclü əzbərçidirsə, o da ən prestijli ixtisaslara və hətta prezident təqaüdünə qədər yüksələ bilir. Əlqərəz, indiki model bir qədər “bilik yarışı”ndan çox “yaddaş müsabiqəsi”ni xatırladır. Halbuki ali təhsil sistemi yaddaşın deyil, düşüncənin, analizin, yaradıcılığın və problemləri həll etmə bacarığının ölçülməsinə əsaslanmalıdır. Bu səbəbdən əsas müzakirə sualların çətinliyi yox, imtahan sisteminin yanaşması olmalıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Aprel 2026 18:38
Bu bağçalara yeni müdirlər təyin olundu
13 Aprel 2026 15:46
Rezidenturaya ərizə qəbulu elan olundu
13 Aprel 2026 12:49
Buraxılış imtahanının nəticələri nə vaxt elan olunacaq?
13 Aprel 2026 11:10
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
13 Aprel 2026 09:40
Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyənlərin sayı açıqlandı
12 Aprel 2026 00:11
Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verəcək
10 Aprel 2026 12:05
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
10 Aprel 2026 11:27


Bakı -°C

