13 Dekabr 2024 23:00
884
KRİMİNAL

15 yaşlı güləşçi komanda yoldaşını boğub öldürdü -Bakıda faciə

Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubunda faciə baş verib.

Adalet.az Globalinfo.az-a istinadən xəbər verir ki, hadisə şahidinin məlumatına görə, güləş zamanı 15 yaşlı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğub öldürüb.

Hadisənin qəsdən törədilmədiyi bildirilir.

Hələ ki təfərrüat açıqlanmır.