14 yaşlı qızla münasibətdə olan şəxs həbs edildi

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Adalet.az xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 2002-ci il təvəllüdlü Hacı Nemətov (ad və soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş başlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, 22 yaşlı oğlan həmkəndlisi olan 2009-cu il təvəllüdlü Fərəhlə (şərti) 2023-cü ildən (qızın 14 yaşı olan zaman) sevgi münasibətində olub. Onlar bir neçə dəfə həyətyanı sahədə görüşüblər. Həmçinin Hacı Nemətov Fərəhi yaşadığı evə gətirmək və yaşı tamam olduqdan sonra evlənmək qərarına gəlib. Qızın yaxınları hadisə barədə öyrəndikdən sonra polisə məlumat veriblər.
Bir neçə gün əvvəl Ağdaş Rayon Məhkəməsində cinayət işi üzrə hökm oxunub. Hökmə əsasən 22 yaşlı oğlana 1 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi vaxtında barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş gənc məhkəmə zalındaca həbs edilib.
Digər Xəbərlər

Vəkillərə xidməti vəsiqə veriləcək

MƏHKƏMƏ: 1988-1992-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı sənədlər tədqiq edildi

Məhkəmədə Kərkicahana hücumlar və dinc sakinlərin öldürülməsi ilə bağlı sənədlər elan olunub

Baş prokurorun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Elnur Şükürov azadlığa çıxdı - FOTO

Əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxıldı

1990-cı ildə Azərbaycanın Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan edilib
