10 Oktyabr 2017 14:51
24650
MƏDƏNİYYƏT

14 uşaqlı, arvadı ölən kişinin hekayəsi

Filmsiz,kitabsız qalanda özümü boş qazan kimi hiss edirəm. Necə ki, gündəlik günəşə,suya, çörəyə ehtiyac duyuramsa, filmlərə, kitablara da bir o qədər möhtacam. Bugünlərdə də mənəvi qidamı əksik hiss edirdim. Guqleni ələk-vələk eləyib, DevidLinçdən bir film tapdım. Gözlərimi bərəldib filmin posterinə diqqətlə baxdım. İzləyəcəyimciddi filmi tapdım!-deyə sevincək ekranın qarşısına keçdim.

Filminözü kimi adı da sadədi: "Sadə əhvalat”. Devid Linçin filmləri əksərən bir-birinəbənzəyən süjet xəttinə malik olur, tamaşaçının beynini yorur, düşündürür,labirintlərə salır. Bu dəfəki filmi isə qətiyyən insanın beyninə yox ürəyinə,duyğularına toxunur...

Yaxındurun, filmi sizə nağıl edəcəm...

73 yaşlıbir kişidən söz açacam. Ki, bu ağsaqqalın fonunda həyat, yaşamaq, ölüm kimi sirliməfhumlar tamaşaçının qarşısına qoyulur, onda yaşamaq haqda ciddi fikirləryaradır.


Deməli,bu kişi arvadını itirib, 14 uşağı var. Lakin uşaqlarından cəmi bir nəfər onunlabirgə yaşayır. Qalanları köçüb getmiş, ailə qurmuşdular. Qızı onunla yaşayır,ancaq ağır-ağır hərəkət edir, qırıq-qırıq danışır, bəzən sözləri anlaşılmazolur. Çünki illər öncə qadının evləri yanmış, ərini və iki uşağını yanğındaitirmişdi. Qalan iki uşağını isə dövlət əlindən almışdı ki, ananın sağlamlığı əlverişsizdir.Bu dəhşətli faciələr onun fiziki, mənəvi dünyasında yaralar, tramvalarburaxmışdı. Ata qızıyla çətinliklə dolanıb, ömür sürürlər. Di gəl, ağsaqqal qəhrəmanımızdiyabet xəstəliyindən əziyyət çəkir. Həkim qadağalar qoyur ki, çox gəzmə, içki içmə,siqaret çəkmə. Ancaq kişi sözə baxmır, özü də siqar çəkir. Bir gün teleqarama gəlir.Teleqramada yazılır ki, qardaşın infarkt keçirib, vəziyyəti yaxşı deyil.Ağsaqqalın da köhnə balaca qazon traktoru var. Qardaşına gedən yolun məsafəsi isənə az-nə çox düz 600 kilometrdir. Gəlin ağsaqqala bir ad verim. Yoxsa buağsaqqal sözü sizi bezdirəcək, sonra filmi izləməzsiniz. Ağsaqqalın adı filmdəAlvindir. Alvini qarşıda uzun bir yol gözləyir. Dostları, qızı çox and-aman edirki, bu balaca traktorla çıxma yola. Ancaq inadçı, qərarlı olan kişi yola çıxır.Heç kəsi dinləmir. Bir neçə saat getdikdən sonra traktor xarab olur. Alvin geriqayıdır. Olan qalan pulunu yeni traktora verir. Və yenə bu arabayla yola çıxır.Yolda başına maraqlı, həyati hadisələr gəlir. Bunu da deyim diqqətinizdə olsunki, bu kişi infarkt keçirən qardaşıyla 10 ildi küsülüdür, danışmırlar. Nəysəyola davam edək. Alvin ağır-ağır bir günə çata biləcəyi yeri 10 günə çatır.Qarışqa misalı yol gedir. Usanmadan, bezmədən, səbirlə...

Yoldailk qarşılaşdığı yeniyetmə bir qız olur. Məlum olur ki, bu qız da ailəsindənqaçır. Çünki, ailəsi qızdan nifrət edir. Alvin, ağac çubuğu tək olanda asancaqırılır deyir. Lakin çubuqlar çox olanda onu qırmaq olmur. Bax ailədə belədi,deyir. Bu səhnə mənə "Yeddinar çubuğu" nağılını xatırlatdı. Bir kişinin yeddi oğlu vardı. Onlarbir-birlərini sevən, birlikdə ova gedən qardaşlardı. Zaman keçdikdən sonraonlar ayrılırlar. Ataları qocalıb, əldən düşür. Övladlarını yanına çağırıbonlara deyir ki, gedin hərəniz bir nar çubuğu gətirin. Onlar da çubuqları gətirirlər.Ataları yeddi nar çubuğunu bir-birnə bağlayıb deyir, qırın görüm. Oğlanlarınheç birinin gücü çatmır. Tək-tək isə hamsını qıra bilirlər.

Sonraüzlərini atalarına tutub deyirlər:

- Ata, buçubuqları qırdırmaqda məqsədin nədir? Bu işdən bizi agah elə. Qoca dillənir:

- Balalarım, bu çubuqlar - sizyeddi qardaşsınız. Nə qədər ki, bir-birinə bağlanmış bu çubuqlar kimi biryerdəsiniz, kefi kök, damağı çağ dolanacaqsınız. Heç kimin də sizə gücüçatmayacaq. Elə ki, bir-birinizdən ayrıldınız, düşmənlər sizi təkləyib nəistəsələr edə bilərlər. Gəlin bir-birinizdən uzaq gəzməyin. Bir-birinizinsözündən çıxmayın. Onda güclü, xoşbəxt olarsınız.

Qardaşlar atalarının bu doğrunəsihətindən sonra yenidən birləşir, bir-birinə kömək edirlər, günlərini xoşkeçirməyə, mehriban yaşamağa başlayırlar. О gündən sonra heç kim yeddi qardaşın qabağına çıxa bilmir.


Devid Linç yəqinbizim Azərbaycan nağıllarını bəh-bəhlə oxuyub. Bu nağılın içində bəşəri motivlərvar. İnsanları birliyə, dostluğa, sevgiyə səsləyir. Məhz bəhs etdiyim filmdə dədağılmış ailələrin həyat eşqini, mübarizəsini rejissor bizə çatdırır.

Filmdə ənçox duyğulandığım bir neçə epizodlar, dialoqlar var. Bunlardan birini deyim.Alvin ləngər-ləngər getdiyi yolda qəzayla üzləşir. Cavan qadın maşınıyla maralıvurub öldürür. Qadın maşından çıxıb emosional şəkildə bunları deyir: "Bezdim mənhər gün 30-40 kilometr yolla işə gedib, gəlməkdən. Hər dəfə də qəza törədirəm.Bu heyvanları öldürürəm. Axı mən maralları, ceyranları çox sevirəm.” Son cümləsindənsonra ağlayır. Onun son sözü mənim də gözümü yaşardır...

Alvinözü də az qala qəzaya düşəcəkdi. Bəxti gətirir ki, qazon traktoru dayana bilirvə uçuruma düşmür. Yaxınlıqdakı adamlar ona kömək edirlər. Alvin əzilməz qüruruvə iradəsiylə bu hadisədən də üzü ağ çıxır.

Tanımadığıqəsəbədə dincini alarkən bir qoca onu içkiyə dəvət edir. Alvin içki yerinə südiçir. Qoca isə pivədən qurtumlayır. İkinci Dünya Müharibəsində yaşadıqları ağırhadisələrdən danışırlar. Pivə içən qoca bütün dostlarını savaşda itirdiyindəndanışıb, ağlayır. Alvin isə öz dostunu qaranlığın ucabtından, səhvən öldürdüyünüdanışaraq, kövrəlir. Müharibənin necə də dəhşətli bir şey olduğunu rejissor ikiqocanın dialoqunda bizlərə amansız formada göstərir.

Qəsəbəadamları Alvini qonaqlamaq, Missipinin çox uzaqda olduğunu desələr də oinadından dönmür. Yoluna davam edir. Düz 1 aydan çox yol gedir və ən nəhayətqardaşıgilin evinə çatır.


Filminson səhnəsi də adamı kövrəldir. 10 ildi danışmayan qardaşları ölüm qorxusu birləşdirir.İnfarkt keçirmiş qardaşı gözlərinə inana bilmir və deyir:

-Mənigörmək üçün bütün yolu bu arabaylamı gəldin?

-Hə - deyirAlvin

Qardaşınıngözyaşları filmin sonu olur.

Filmdəbir çox məslələr var: Qocaqlıq, həyat eşqi, müharibənin tramvaları, sevgi, ailə.Mən şəxsən bu filmi izlərkən bir neçə dəfə, səssizcə ağladım. Devid Linçdən bucür film gözləmirdim heç. Adam insanın beynindən də, ürəyində də vurur. Sizlərəisə bu filmi izləməyi mütləq şəkildə tövsiyə edirəm.