14 regionda vəziyyət nəzarətə götürülüb

Qazaxıstanda terror təhlükəsizliyi ilə bağlı 14 regionda qırmızı səviyyə ləğv edilib. Paytaxt Nur- Sultan da daxil olmaqla Çimkent, Akmolin, Aktyube, Atıray, Şərqi- Qazaxıstan, Qərbi Qazaxıstan, Karakanda, Kostanay, Qızılorda, Manqistau, Pavlodar, Şimali Qazaxıstan və Türkistan vilayətlərində terrorizmlə mübarizə ilə bağlı antiterror əməliyyatları sona çatdırılıb.
Lakin, Alma-Atı, Alma-Atı vilayəti, Cambul vilayətlərində terroristlərin aşkarlanıb həbs olunması və başqa cinayətlərdə, talanlarda iştirak edən şəxslərin müəyyənləşdirilib saxlanılması ilə bağlı əməliyyatlar davam etdirilir.
"Göstərilən regionlarda antiterror əməliyyatları davam etirildiyi üçün "qırmızı səviyyə" hələ ki, saxlanılır"- deyə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Rüstəm Hacıyev
Digər Xəbərlər

Ukrayna onları Rusiyadan geri aldı

Qəzzada ölənlərin sayı 65 mini keçdi

Rusiyanın Prezident Administrasiyasında istefa

Trampın təyyarəsi təhlükə ilə üzləşib - VİDEO

Putin Modi ilə danışdı: Bu tarixdə Hindistan səfəri...

Zelenski ABŞ-yə səfər edəcək

Avropa Komissiyası HƏMAS-ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib
